"Yagelloniya"nın baş məşqçisi narahatdı


 

“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Yagelloniya" dünən Polşa çempionatının açılış turunda səfərdə “Termalika”nı 1:0 hesabıyla üstələyib. Fanat.Az xəbər verir ki, oyunun ardından qələbəyə şərh verən İreniuş Mamrot təmsilçimizlə cavab matçı ərəfəsində narahatlığını gizlətməyib:



"Azərbaycandan qayıdandan sonra bərpaya cəmi 2 gün vaxt ayıra bildik. Oyun çox çətin alındı. Zədəli futbolçularımız var. Rafal Qjib və Karol Sviderski fərdi şəkildə hazırlaşırlar. Amma onların bizə qoşulmaları zaman aparacaq. “Qəbələ” ilə cavab oyununda bizə asan olmayacağına əminəm. Zədəlilərin çoxluğu ümumi yorğunluq yaradır. Bunu çempionat oyununda da sezdim”.


 

Xatırladaq ki, Bakıdan 1:1 hesablı bərabərliklə dönən “Yagelloniya” “Qəbələ”ni iyulun 20-də qəbul edəcək.




Fanat.Az

Ana Səhifə