"Yığmaya dəvət alacağımı gözləmirdim"

 

“Açığı, yığmaya dəvət alacağımı gözləmirdim. Adımın siyahıda olduğunu biləndə xoş hisslər keçirdim”. Bu sözləri Fanat.Az-a açıqlamasında AZAL-ın qapıçısı Aqil Məmmədov deyib.


Aqil daha sonra əlavə edib: “Almanlarla oyununun önəmindən danışmaq artıq olar. Rəqibin gücü bəllidi. Bizə sonadək mübarizə aparmaq qalır. Təbii ki, oyunun favoriti qonaq komandadı. Ancaq biz də döyüşməli, təslim olmamalıyıq. İtiriləcək bir şey yoxdu”.



Fanat.Az

Ana Səhifə