Rauf Əliyev oynadı, komandası uduzdu

Albaniya Kubokunun ilk oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Rauf Əliyevin şərəfini qoruduğu "Kukesi" səfərdə "Eqnatiya Roqojina" ilə qarşılaşıb.

Robert Prosineçki dönəmində millidən uzaq düşən hücumçu start heyətində meydana çıxıb. Oyun isə Raufun komandasının 0:1 hesablı yenilgisiylə başa çatıb.

Cavab qarşılaşması sentyabrın 27-də reallaşacaq.


Fanat.Az

Ana Səhifə