21:00 26.10.2019 4150

180 nəfəri dolandıran 9 uşaq atası: “Arvadımdan çox onunla yatmışam” - FOTOLAR

"Onun sol ayağı sanki poladdan idi. Tanrıya şükürlər olsun ki, yerinə yetirdiyi cərimə zərbələri zamanı heç vaxt canlı səddə dayanmamışam. Belə məqamlarda həmişə kənara çəkilirdim. Çünki güclü zərbəsindən sonra top kiminsə başına dəysəydi, həmin adam həyati təhlükə yaşaya bilərdi”. Bu sözləri Hollandiya yığmasının, eləcə də "Mançester Yunayted” və "Milan” kimi klubların sabiq müdafiəçisi Yap Stam onun barəsində deyib.

Zarafat deyil! Zəhmli görünüşü ilə hücumçuların gözünün odunu alan nəhəng Stam bəstəboy solaxaydan çəkinirmiş... Söhbət "futbol fabriki” Braziliyadan çıxmış, 11 il Madrid "Real”ının şərəfini qorumuş, dünya çempionu Roberto Karlosdan gedir.

Əksər braziliyalılar kimi, o da futbola uşaqlıqdan aşiq olub, topla ilk tanışlığı 3 yaşına təsadüf edib. Bir müddət sonra atası anlayıb ki, oğlunun "qab”ında nəsə var. Bununla belə, valideynləri onun gələcəkdə böyük futbolçu olacağını ağıllarına belə, gətirmirdilər...

"12 yaşımda tabut düzəldilən sexdə işləyirdim”

Kasıb ailədə dünyaya göz açıb Karlos. Atası əvvəlcə kofe plantasiyasında sürücü, sonra fabrikdə işləyib. Evdar xanım olan anası isə gününü 4 uşağına baxmaqla keçirib. 3 bacının tək qardaşı olsa da, üzərində əsməyiblər Robertonun. Əksinə, uşaq yaşlarından bərkə-boşa düşüb, ailəsinə kömək edib. "Elə olurdu ki, axşam yeməyə bir şey tapmırdıq. Çox vaxt bu halla üzləşməmək üçün günorta yeməyinin bir hissəsini axşama saxlayırdıq. 12 yaşımda atamın yanında, sexdə işləyirdim, özü də tabut düzəldilən sexdə. Uşaq olmağıma rəğmən, qorxmurdum, sıxılmırdım. Mənə xoş idi, çünki atamın yanındaydım. Hüznlü, amma eyni zamanda əyləncəli uşaqlıq yaşamışam. Həyatım haqda film çəkilsəydi, insanlar baxıb həm ağlayar, həm də gülərdilər”, - həmin günləri belə təsvir edir Karlos.

Atası ona mahnılarını sevə-sevə dinlədiyi, braziliyalı müğənni Roberto Karlos Braqanın adını qoymuşdu. Gün gələcəkdi, oğlu məşhurluğuna görə heç də həmin musiqiçidən geri qalmayacaq, əksinə bütün dünyada tanınacaqdı. Buna qədər isə bütün çətinliklərdən keçməli, həyatın sərt üzünü görməliydi...

"Sanki mənə sehrli çubuq dəydi və həyatım dəyişdi”

Karlosun 8 yaşı olanda ailəsi Kordeyropolisə köçməyə qərar verir və beləcə oğullarını yaxın gələcəkdə böyük futbola aparacaq yolun izinə düşürlər. Axı məhz Kordeyropolisdə Robertonun oyununu görüb onu peşəkar kluba dəvət edəcəkdilər. Vaxt gəlir, vədə yetişir, şəhər komandasının heyətində özünü yaxşı tərəfdən göstərən solaxayı "Unian San-Juan” klubu heyətinə qatır. 1988-ci ildə ilk peşəkar müqaviləsini imzalayan 15 yaşlı Karlosun bir arzusu var idi - valideynlərinə yeni ev almaq: "Heç vaxt zəngin, məşhur olmaq arzusu ilə yaşamamışam. Sadəcə olaraq, ailəmizi xoşbəxt etmək, sevindirmək
istəyirdim. Ən böyük əyləncəm futbol idi. Evə tərin içində, üst-başım batmış halda qayıdardım. 13 yaşımdan sonra bütün həyatım dəyişdi. Sanki mənə sehrli çubuq dəydi. Anam o günləri yada salanda deyir ki, birdən-birə oğlumun həyatı işıqlandı və Tanrı ona "qulum, irəli get” dedi. Anam Tanrı tərəfindən seçilmiş olduğumu düşünür. Təbii ki, istedadlı idim, üzərimdə çox çalışırdım. Amma uğur qazanmaq üçün bunlar bəs etmir, gərək şansın da olsun. Doğru zamanda doğru insanlarla tanış olmaq çox önəmlidir. Bu mənada, mənim də şansım gətirdi. Yaşadığım çətinliklər, əzablar məni qamçılaya-qamçılaya dəmir kimi etdi. Bəlkə də uşaqlığım yaxşı keçsəydi, bu qədər istəkli, əzmli olmazdım”.

Özünün də dediyi kimi, həyat artıq onun üzünə gülməyə başlamışdı. Qarşısına məqsəd qoyan Roberto 1992-ci ildə valideynlərinə yeni ev alır. Bu hərəkəti atası Oskar Silvanı çox sevindirir.

1993-cü ildə "Palmeyras”a, 2 il sonra isə İtaliya "İnter”inə keçən Roberto Karlosun həyatında 1996-cı ildə yeni səhifə açılır: 11 il formasını geyinəcəyi Madrid "Real”ı onunla müqavilə imzalayır. Klub karyerasındakı ən böyük uğurlarını da məhz "qalaktikos”da qazanır Karlos...

"Tanrıya dua edirdim ki...”

""Real”a keçəndən sonra həyatım tamamilə dəyişdi. Dünyanın ən güclü futbolçuları ilə komanda yoldaşı olmaq möhtəşəm hiss idi. Ev oyunlarından sonra bizi şəxsi təyyarələrimiz gözləyirdi. Madrid aeroportunun qapalı terminalında görüşürdük. Bekhem bir tərəfə, Fiqu və Zidan başqa səmtə, Ronaldo və mən isə ayrı istiqamətə uçurduq. Növbəti gün komanda ilə birgə məşqə çıxmalıydıq, amma buna görə narahat deyildik. Həmişə Tanrıya dua edirdim ki, "Real”ın oyunları 6-cı gün olsun. Çünki belə olanda şəxsi təyyarəmlə uçub bazar günü "Formula-1” yarışlarını izləyə bilirdim. Özümü heç vaxt digər insanlardan üstün saymamışam. Düzdür, yaxşı futbolçu idim, amma nə olsun? Mən ancaq meydanda ulduz Roberto Karlos idim, ondan kənarda isə sadə, həmişəki adamıydım. Devid Bekhem isə fərqli idi. O, meydanda olduğu kimi, ondan kənarda da əsl ulduz kimi davranırdı”, - Karlos "kral klubu”ndakı günlərini belə xatırlayır.

Futbolçular arasında ən yaxın dostu Ronaldo olub Karlosun. Braziliya yığması, "Real” və "Korintians”da komanda yoldaşı olmuş bu cütlük futbolçu karyerasını bitirdikdən sonra da dostluğu davam etdirir: "Ronaldonu 1993-cü ildə tanımışam. O vaxtdan həm milli, həm də birgə oynadığımız klublarda həmişə eyni otaqda qalmışıq. Arvadımdan çox Ronaldo ilə bir yerdə yatmışam”.

"Kiməsə "get, abort etdir” deyə bilmərəm”

Yeri gəlmişkən, Roberto Karlos iki dəfə ailə həyatı qurub. İlk xanımı Alexandra Pineyro onun üçün 2 qız, 1 oğlan övladı dünyaya gətirib. Əvvəlcə hər şey yolunda getsə də, bir müddət sonra ayrılıblar. 2009-cu ildə isə Karlos yenidən evlənib, bu dəfə braziliyalı model Mariana Lukkonla. İkinci evliliyindən 2 qızı olan keçmiş futbolçunun daha 4 övladı - 3 oğlu, 1 qızı isə nikahdankənar dünyaya gəlib. Ümumilikdə 9 uşaq - 5 qız, 4 oğul atası olan Roberto Karlos övladları arasında fərq qoymur, hər birinin problemi ilə yaxından maraqlanır: "Ailəmə, bütün övladlarıma, qohumlarıma, bir sözlə, 180 nəfərə baxıram. Ola bilər ki, sayı bir az çox dedim, amma təxminən o qədərdir. Bəzən məndən soruşurlar ki, nikahdankənar dünyaya gələn övladlarınızı qəbul etmək məcburiyyətindəsiniz? Əlbəttə! Başqa çarəmmi var? Mən həmişə aborta qarşı olmuşam. Çünki abort can almaq, bir insanı öldürmək deməkdir. Bu, dində də günahdır. Mən abortu heç vaxt qəbul edə, kiməsə "get, abort etdir” deyə bilmərəm. Amma nikahdankənar doğulan uşaqlarımın, həqiqətən, mənə aid olub-olmadığını öyrənmək üçün DNT testi etdirmişəm. İstəmişəm ki, əmin olum. Hər bir övladımın ehtiyaclarını artıqlaması ilə qarşılayıram. Belə də olmalıdır. Braziliyadakı evimə gedəndə hamısını bir yerə yığıram, əyləncəli anlar yaşayırıq. Uşaqların adlarını səhv salmasam da, doğum günlərini qarışdırıram”.

Çoxuşaqlı ata statusunu daşıyan Roberto Karlos 44 yaşında baba olmağın da sevincini yaşayıb. 2017-ci ildə böyük qızının oğlu dünyaya gəlib.

"Demişdi ki, səndən heç vaxt futbolçu olmayacaq”

"Bütün dinlər eyni mesajı verir və eyni varlığa işarədir: Tanrı təkdir! Mən də ona inanıram” deyən Karlos artıq neçə ildir ki, xeyriyyəçiliklə də məşğuldur. San-Pauloda ciddi problemli uşaqların müalicə olunduğu dövlət xəstəxanasına tez-tez maddi yardım edir. Müalicə prosesinin daha effektiv olması üçün xəstəxanaya yeni tibbi avadanlıqlar, müasir aparatlar alıb. "Anji”də oynadığı vaxt Rusiyada "Həyat bəxş et” fonduna pul köçürüb. Braziliyada açdığı məktəblərdə uşaqlar pul ödəmədən futbolun sirlərini öyrənirlər. Karlos bunları özünə mənəvi borc bilir: "Övladlarımın xoşbəxt olduğunu görəndə çətin keçən uşaqlıq illərim yadıma düşür. Və anlayıram ki, təkcə onlar üçün deyil, ehtiyacı olan bütün uşaqlar üçün nəsə etməliyəm. Biz braziliyalılar kasıb millətik. Ölkəmizdə insanların təhlükəsizliyi belə, lazımi səviyyədə deyil. Saysız-hesabsız problemlərimiz var. Onlara sinə gəlmək üçün isə həmişə gülürük, samba rəqsi oynayırıq. Mən də heç nəyə, hətta boyumun qısa olmasına görə də kompleks yaşamamışam. Yaxşı yadımdadır, uşaq vaxtı məşqçim mənə demişdi ki, səndən heç vaxt futbolçu olmayacaq, çünki boyun balacadır. Nəticə bəllidir!”.

Bir dəfə jurnalistlərdən biri Roberto Karlosdan soruşur: "Niyə dünyanın ən gözəl qadınları və ən güclü futbolçuları Braziliyadan çıxır?”
Karlosun yarı zarafat, yarı ciddi cavabı isə belə olur: "Kim bilir, bəlkə də Tanrı braziliyalıdır. Ən yaxşı futbolçuların bizdən çıxdığı doğrudur. Amma ən gözəl qadınların ancaq Braziliyadan çıxması fikri ilə razılaşmıram. Dünyanın hər yerində gözəl qadınlar var. Gəlin, onlara haqsızlıq etməyək”.

Mənbə: Lent.az
 















Oxşar xəbərlər

Xəbər lenti

03 İyun 2020
00:27

UEFA Corc Floydun ölümünə reaksiya verdi

02 İyun 2020
23:37

Makqreqor ölü həşəratları necə yediyini göstərdi - VİDEO

22:15

Anar Cəfərsoy sağaldı

19:55

Bundesliqada vurulan ən yaxşı əks-hücum qolları - VİDEO

19:20

UFC 250-nin tam döyüş kartı açıqlandı

18:45

"Liverpul" hələ çempion deyil" - Klopp

18:27

Millimizin baş məşqçisi FIG prezidentinin layihəsinə dəvət aldı

18:10

"Şalke" "Barselona"nın oyunçusundan imtina etdi

17:38

"Mançester Yunayted" Sterlinqi "Siti"nin əlindən almaq istəyir

17:11

Blatterdən İnfantinoya ağır ittihamlar: "O, futbolu böyük "pul maşını"na çevirmək istəyir"

16:43

"Qarabağ" bir həftə sonra oyuna çıxacaq - ÖZƏL

16:40

Balotelli karyerasını ABŞ-da davam etdirə bilər

16:23

Ayaz Quliyev Azərbaycan yığmasında oynamağa razılaşdımı? - SON DURUM

16:21

"Getmək istəyəni saxlamazlar" - Prezident Lautaronun "Barsa"ya transferindən danışdı

15:48

Qattuzoya ağır itki: Bacısı 37 yaşında dünyasını dəyişdi

15:38

Elxan Məmmədovun şifrəli nitqinə sözardı

15:17

"Zirə" 12 futbolçu ilə müqavilə imzaladı - RƏSMİ

15:06

Premyer Liqanın bərpa tarixi açıqlandı - RƏSMİ

14:53

Premyer Liqa klubu baş məşqçisi ilə müqavilə yenilədi

14:31

"Neftçi" Geryenin əvəzinə bu futbolçunu gətirir

13:43

"Neftçi"də daha bir müqavilə - RƏSMİ

13:41

Formula 1: Mövsümün ilk yarışlarının harada və nə vaxt keçiriləcəyi müəyyənləşdi

13:22

"Real" bu mövsüm "Santyaqo Bernabeu"ya həsrət qalacaq

13:08

Ceydon Sanço Corc Floyda dəstək olduğu üçün cəzalandırılıb? - AÇIQLAMA

12:42

"Hisslərimiz bitmişdi, ayrıldıq" - FOTOLAR

12:38

Emil Balayev Azərbaycandan gedir - ÖZƏL

12:37

"Barselona"nın 5 futbolçusu koronavirusa yoluxubmuş

12:21

Bizi gözləyən aqibət: Leş bir yana, baş bir yana

11:46

Emin Mahmudov: "Arxayınlaşmağa haqqımız yoxdu"

11:45

"İnter" Lautaronun əvəzedicisini tapıb - "Arsenal"da

11:20

Azərbaycan Premyer Liqasında klub sayı artırılmayacaq - AÇIQLAMA

11:15

"Barselona" Lautaro Martineslə anlaşdı

10:30

Xanımı ilə zombi kimi davranır - Ulduz futbolçu depressiyaya düşüb

10:19

İtaliya A Seriyası qayıdır: Təqvim açıqlandı

10:05

Azərbaycanlı futbolçunun komandası aşağı dəstəyə düşdü

09:30

Meyvezerdən örnək addım: Corc Floydun dəfn xərclərini ödəyəcək

09:26

"Neftçi" "Flamenqo"nun sabiq futbolçusunu transfer edir

09:00

"Layptsiq" 3 xalı 4 qolla qazandı - VİDEO

08:20

Ukraynanın ən cazibədar futbolçusu - FOTOLAR

00:56

"Geryenin əvəzinə daha güclüsü, daha sərfəlisi gələcək"

00:16

Bundesliqa: 6 qol vuruldu, "Layptsiq" qazandı

01 İyun 2020
23:30

AFFA millinin baş məşqçi postuna namizədlərlə danışıqları bərpa etdi

22:00

"Qəbələ" çempion oldu, avrokuboka vəsiqə qazandı

20:50

Emin Mahmudov: "Karyeramın sonuna qədər "Neftçi"də qalmaq istərdim"

20:25

Koutinyunun növbəti klubu "Çelsi" ola bilər

20:04

"Qarabağ" belə başladı - FOTOLAR

19:10

"Barselona"dan ayrılmağa hazırdı - "Siti"də oynamaq istəyir

18:15

Bundesliqada tura yekun vurulur: "Layptsiq" "Köln" səfərində

17:36

Poqba PSJ-yə keçə bilər

17:10

Messi, yoxsa Ronaldu? - Lovren seçimini etdi

16:36

"Arsenal" ulduz futbolçuya illik 12 milyon avro maaş təklif edib

16:00

Sanço Messi və Ronaldunun göstəricisini təkrarladı

15:28

Tanrının əlləri

15:17

Azərbaycan Premyer Liqasının oyunları saat 19:00-dan tez başlamayacaq

15:09

İqalonun "Mançester Yunayted"dəki taleyinə aydınlıq gəldi - RƏSMİ

14:55

İtaliya klubu loqosunu dəyişdi - FOTO

14:40

"Neftçi"dən Donald Gerye açıqlaması

14:05

İtaliya A Seriyasında hər gün oyun keçiriləcək

13:18

Azərbaycan Premyer Liqası və kubokun təqvimi açıqlandı

13:14

"O, çox sayda insanın həyatını riskə atıb" - "Valensiya" "Atalanta"nın məşqçisi haqda bəyanat yaydı

12:29

MY 20 yaşlı futbolçuya görə 55 milyon avro ödəməyə hazırdı

12:17

Jozef-Monroz Türkiyə klubuna keçir? - AÇIQLAMA

12:15

“Vulverhempton” Renat Dadaşovla bağlı qərarını verdi

11:29

"Neftçi" daha bir legioneri ilə bu gün rəsmən vidalaşacaq - ÖZƏL

11:20

Makqreqor Həbiblə revanş döyüşünə çıxacaq? - AÇIQLAMA

10:44

Bakı klubu cənubi amerikalını göndərir - ÖZƏL

10:40

Fenomen Ronaldo bəyəndiyi futbolçuları açıqladı - Siyahıda Kriştianu yoxdu

10:16

"Borussiya" futbolçularından Corc Floyda dəstək: "İrqçiliyə birlikdə qalib gələcəyik"

09:59

Azərbaycan çempionu İtaliya klubuna keçir

09:50

"Neftçi" legioner ilə yolları ayırdı

Facebookdan bizi izləməyi unutmayın.