Türkiyənin "Rizəspor” klubunda növbəti koronavirusa yoluxma faktı aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, daha bir futbolçunun testinin cavabı pozitiv çıxıb. Adı açıqlanmayan şəxs dərhal karantinə alınıb.
Bununla da "Rizəspor”da koronavirus testi müsbət nəticə verən futbolçuların sayı ikiyə çıxıb. Bir neçə gün öncə də bu klub bir oyunçusunun virusa yoluxduğunu açıqlamışdı.
Fanat.Az