Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Seçim İngiltərə "Çelsi"sindən Olivye Jiru, Almaniya "Bavariya"sında Robert Levandovski, İspaniya "Real Madrid"indən Ferlan Mendi və İngiltərə "Mançester Siti"sindən Joau Kanselu arasında aparılacaq.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.
Fanat.Az