AÇ: Azərbaycan millisi Belçika ilə üz-üzə

AÇ: Azərbaycan millisi Belçika ilə üz-üzə

Bakıda təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda mübarizə davam edir.

Fanat.Az xəbər verir ki, qitə yarışında bu gün daha 2 oyun keçiriləcək.

Qrupun ilk oyununda İspaniya və Portuqaliya yığmaları qarşılaşacaq. "Pireney derbisi" saat 15:30-da başlayacaq.

Milli Gimnastika Arenasında keçirilən yarışın növbəti oyununda Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Belçika ilə qarşılaşacaq. Matç 18:30-da start götürəcək.

Xatırladaq ki, Faiq Qarayevin baş məşqçi olduğu Azərbaycan millisi 8 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik Niderland birinci, Belçika isə ikincidir.

C qrupunun oyunları avqustun 28-də başa çatacaq. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər