AÇ: Azərbaycan millisi Niderland seçməsinə məğlub oldu

AÇ: Azərbaycan millisi Niderland seçməsinə məğlub oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda sonuncu oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Niderland seçməsi ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.

Azərbaycan millisi 8 xalla qrup üçüncüsü kimi 1/8 finala vəsiqə qazanıb.

Xatırladaq ki, daha əvvəl Portuqaliya, Serbiya və Rumıniyanı məğlub edən yığma Belçikaya uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər