ABL: 1-ci və 2-ci turlarda keçirilməli olan 2 oyun təxirə salındı

ABL: 1-ci və 2-ci turlarda keçirilməli olan 2 oyun təxirə salındı

Azərbaycan Basketbol Liqasının (ABL) 1-ci və 2-ci turlarında keçiriləcək iki oyun təxirə salınıb. Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Basketbol Federasiyası yayıb. 1-ci turun oktyabrın 4-də keçirilməsi planlaşdırılan "Naxçıvan" – "Neftçi" qarşılaşması baş tutmayacaq. Buna səbəb "Neftçi"nin oktyabrın 6-da FIBA Avropa Kubokunun qrup mərhələsində Yunanıstanda "Mikonos"la üz-üzə gəlməsidir. Bundan başqa, 2-ci turun "Gəncə" – "Sabah" oyunu da təxirə salınıb. Qarşılaşmaların yeni tarixləri barədə əlavə məlumat veriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər