Almaniya Futbol Assosiasiyasının 2024-cü il Avropa Çempionatında əldə olunacaq qələbələrə görə futbolçulara verəcəyi mükafatların məbləği müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sport"-un əməkdaşı Kerri Hau "X" sosial şəbəkə hesabı vasitəsilə paylaşıb
Beləliklə, qrup mərhələsindəki qələbə hər oyunçuya 50 min avro, 1/4 finaldakı qələbə 100 min, yarımfinaldakı qələbə isə 150 min avro qazandıracaq.
Almaniya millisi birinci yeri tutsa, hər bir oyunçu 400 min avro, ikinci yeri tutduqda isə 250 min mükafat alacaq.
Xatırladaq ki, Avropa Çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
Mirağa