Rumıniya millisinin baş məşqçisi Edvard İordanesku komandasının AÇ-2024-dəki məqsədini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "GSP.ro" rumıniyalı mütəxəssisin fikirlərini belə təqdim edib:
“AÇ-2024-ə vəsiqə qazanmağımız, seçmə mərhələni məğlubiyyətsiz başa vurmağımız komandamın etdiyi bir çox müsbət dəyişikliklərin bariz nümayişi idi. Ümid edirəm ki, Avropa çempionatı mənim üçün fantastik sınaq olacaq. Hazırda Rumıniya millisindəki gənc oyunçular potensiallarının daha böyük olduğunu sübut etmək üçün mümkün olan hər şeyi edəcəklər.
Məqsədimiz Avropa çempionatına çıxmaq idi və buna nail olduq. Qarşıdakı turnirdə diqqətimizi ən yaxşı oyunumuzu ortaya qoymağa və eyni zamanda rəqiblərimizin zəif cəhətlərindən istifadə etməyə yönəldəcəyik. Daha qrupda qalib gəlmək kimi məqsədimiz yoxdur. Amma AÇ-2024-ün seçmə mərhələsindəki kimi, imkan olsa, bundan yararlanmaq üçün hər şeyi edəcəyik”.
Xatırladaq ki, AÇ 2024-ə iyunun 14-də start veriləcək. Rumıniyanın qrupdakı rəqibləri Ukrayna, Belçika və Slovakiya olacaq.
Mirağa