"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq zədə səbəbindən Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edə bilməyək.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Avropa çempionatında oynaya bilməyəcəyim üçün çox üzülürəm. Əlimizdən gələni etdik, amma topuğun bərpası üçün daha çox vaxt lazımdır. İndi azarkeşlərimizlə birlikdə komandaya dəstək olacağam. Davam edin, uşaqlar”.
Niderland millisi Avropa çempionatında Fransa, Avstriya və Polşa yığmaları ilə eyni qrupda çıxış edəcək. Turnir iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
Mirağa