Almaniyada keçirilən Avropa Çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, qitə turnirinin ikinci günündə 3 matç oynanılıb.
Ötən gün açılış matçında üz-üzə gələn Almaniya və Şotlandiyanın olduğu A qrupunun digər qarşılaşması Macarıstanla İsveçrə arasında baş tutub. İsveçrəlilər rəqibi üzərində inamlı qələbə qazanıblar.
Günün ikinci qarşılaşmasında B qrupunun favoritlərindən sayılan İspaniya və Xorvatiya münasibətlərinə aydınlıq gətiriblər. Pireneylilər ilk hissədə vurduğu qollarla böyük hesabla qalib gəlib.
Nəhayət, günə İtaliya - Albaniya matçı ilə yekun vurulub. Oyunda vurulan 3 qol 16 dəqiqəyə sığıb. İlk dəqiqə tamam olmamış yenidən meydanın mərkəzinə dəvət olunan italiyalılar erkən qola üzülsələr də, əzmkar qələbə qazanıblar.
AÇ-2024
15 iyun
A qrupu
Macarıstan – İsveçrə 1:3
Qollar: Barnabaş Varqa, 66 - Kvadvo Dua, 12. Mişel Ebişer, 45. Embolo, 90+3.
Hakim: Slavko Vinçiç (Sloveniya).
Köln. "Rhein Energie Stadion".
B qrupu
İspaniya – Xorvatiya 3:0
Qollar: Alvaro Morata, 29. Fabian Ruis, 32. Dani Karvahal, 45+2.
Hakim: Maykl Oliver (İngiltərə)
Berlin. "Olympiastadion".
İtaliya – Albaniya 2:1
Qollar: Alessandro Bastoni, 11. Nikolo Barella, 16 - Nedim Bayrami, 1.
Hakim: Feliks Çvayer (Almaniya)
Dortmund. "Signal Iduna Park".