Şotlandiya yığmasının baş məşqçisi Stiv Klark Avro-2024-ün açılış matçında Almaniyaya məğlubiyyəti (1:5) şərh edib.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti Klarkın dediklərini belə çatdırıb:
“Bu, çətin gecədir. Biz öz səviyyəmizə uyğun oynamadıq. Mənə elə gəlir ki, özümüzü aşağı salmışıq. Bu gecə göstərdiyimizdən daha yaxşıyıq və inşallah, növbəti iki matçda bunu göstərəcəyik.
Etməli olduğumuz işlər hələ qabaqdadır. Biz buna diqqət yetirməliyik. Hər şey reaksiya ilə bağlıdır, buna görə də oyunçuların bu məğlubiyyətə necə reaksiya verəcəyini görəcəyik. Məqsəd növbəti iki oyunda dörd xaldır.
Almaniya əla idi və təəssüf ki, onlarla başabaş mübarizə apara bilmədik. Birinci hissə çox sürətlə keçdi, biz oyunda qala bilmədik".
Almaniya millisi növbəti oyununu iyunun 23-də İsveçrəyə, Şotlandiya isə həmin gün Macarıstana qarşı keçirəcək.