Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç komandasının AÇ-2024-ün qrup mərhələsində İngiltərəyə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti Stoykoviçin matç haqda şərhini belə çatdırıb:
“Çox yaxşı matç oldu, hər iki komandanın ifasında yüksək keyfiyyət nümayiş edildi. İngiltərə çox yaxşı, güclü komandadır, lakin biz oynamaq istədiyimiz üslubda çox cəsarətlə mübarizə apardıq. Dəyişikliklər sayəsində istədiyimizə nail olduq - topa nəzarət edib İngiltərəni müdafiəyə məcbur edə bildik.
Uduzmağa layiq deyildik, amma yolumuza davam edəcəyik. Bütün oyunçuları təbrik edirəm. Məyus olmaq üçün nəticədən başqa heç bir səbəb yoxdur”.
Xatırladaq ki, Serbiya millisi ötən axşam İngiltərəyə 0:1 hesabı ilə uduzub.