Xorvatiya millisinin yarımmüdafiəçisi Nikola Vlaşiç üçün AÇ-2024 başa çatıb.
Fanat.Az xəbər verir ki, bu barədə Xorvatiya millisinin mətbuat xidməti məlumat yayıb.
"Torino"nun hücumameyilli yarımmüdafiəçisi əzələ zədəsi səbəbindən turnirin qalan hissəsini buraxacaq.
Xorvatiya millisi İspaniya, İtaliya və Albaniya komandaları ilə eyni qrupda çıxış edir. İlk turda xorvatlar ispanlara 0:3 hesabı ilə uduzublar. Vlaşiç həmin oyunda meydana çıxmayıb.