AÇ-2024-ün 2-ci turunun matçında İspaniya İtaliyanı məğlub edib.
Fanat.Az xəbər verir ki, 1:0 hesabı ilə başa çatan oyunda yeganə qolun müəllifi avtoqolla yadda qalan İtaliya millisinin müdafiəçisi Rikkardo Kalafiori olub.
Beləliklə, Kalafiori İtaliya millisinin tarixinə düşüb. "Opta"nın məlumatına görə, o, İtaliya yığmasında Avropa çempionatları tarixində ilk avtoqolun müəllifi olub.
Qeyd edək ki, iki oyunda 1 xal toplayan appeninlilər qrupda son matçını iyunun 24-də Xorvatiyaya qarşı keçirəcəklər.