İspaniya millisinin baş məşqçisi Luis De La Fuente İtaliya ilə AÇ-2024-ün qrup mərhələsinin II turundakı oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, ispanlar görüşdə minimal hesablı qazanıblar.
Rikardo Kalafyori avtoqola imza atıb.
İspaniya yığmasının çalışdırıcısı UEFA-nın mətbuat xidmətinə danışıb:
“Bəlkə də bu mənim dövrümün ən yaxşı oyunudur. Əla, dünya səviyyəli komandaya qarşı oynadıq. Nəzarət bizdə idi və yeganə mənfi cəhətimiz daha çox şans olduğu halda, bunları qola çevirməməyimiz idi. Sevinirəm ki, oyunçularımın sonsuz ambisiyaları var.
Düşünürəm ki, müdafiədə möhtəşəm idik. Komanda o qədər yaxşı idi ki, mən onlarla fəxr edirəm”.
İspaniya qrupda son oyununu Albaniyaya qarşı keçirəcək. Oyun iyunun 24-də baş tutacaq.
Mirağa