01:02 26.06.2024 1630

AÇ-2024:Avstriya və İngiltərə qrup lideri qismində 1/8 finala yüksəldilər

Almaniyada təşkil olunan Avropa çempionatı davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün qrup mərhələsində III turun növbəti görüşləri keçirilib.

Beləliklə, D və C qruplarında mübarizəyə yekun vurulub.

Paytaxt Berlində Avstriya ilə üz-üzə gələn Niderland 2 qol vurmasına baxmayaraq, görüşdən məğlub ayrılıb və qrup üçüncüsü olub. Avstriya isə 1/8-ə lider kimi adlayıb. Belə ki, paralel keçən oyunda Fransa Polşanın müqavimətini qıra bilməyib. Hər iki komanda penaltidən 1 qol vurub.

C qrupunun oyunlarına isə saat 23:00-da start veriləcək. İngiltərə millisi paytaxt Berlində Sloveniyanı sınağa çəkib. Qrupun digər matçı Münhendə baş tutub. İkinci pillədə qərarlşan Danimarka qrup sonuncusu Serbiya ilə münasibətlərə aydınlıq gətirib. Hər iki duel "quru sülh"lə bitib. İngiltərə qrup lideri qismində pley-offa adlayıbsa, Danimarka əlavə göstəricilərə görə ikinci yeri tutaraq adını 1/8 finala yazdırıb.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

AÇ-2024
III tur
25 iyun

D qrupu 

Niderland - Avstriya 2:3 
Qollar: Qakpo, 47. Depay, 75 - Malen, 6-öz qapısına. Şmid, 59. Zabitser, 81.

Baş hakim: İvan Krujlyak (Slovakiya).
Berlin Olimpiya Stadionu.

Fransa - Polşa 1:1 
Qollar: Mbappe, 56-pen. - Levandovski, 79-pen.

Baş hakim: Marko Quida (İtaliya).
Dortmund, "Siqnal İduna Park".

Xal durumu: Avstriya - 6, Fransa - 5, Niderland - 4, Polşa - 1. 

C qrupu

 İngiltərə - Sloveniya 0:0 
Baş hakim: Klement Turpin (Fransa).
Köln, “Reyn Enerqi” stadionu.

Danimarka - Serbiya 0:0 
Baş hakim: Fransua Leteksye (Fransa).
Münhen, "Alyans Arena".

Xal durumu: İngiltərə - 5, Danimarka - 3, Sloveniya - 3, Serbiya - 1. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 İyul 2024
01:10

"Zirə"nin yeni rəqibi bəlli oldu

00:55

KL: 2-ci mərhələyə adlayacaq daha 23 komanda müəyyənləşir - YENİLƏNİR

00:20

Avropa Liqasında 1-ci mərhələyə yekun vuruldu

18 İyul 2024
23:57

“Qırmızı vərəqə matçın taleyinə təsir etdi” – erif"inbaş məşqçisi

23:40

Rəşad Sadıqov "Şerif"ə məğlubiyyəti şərh etdi

23:10

“Qarabağ”ın “Linkoln”la ev matçının biletləri satışa çıxarılır

22:50

AL: "Zirə" penaltilərlə uduzdu

22:21

Kroos topun Kukurelyanın əlinə dəydiyi epizoddan danışdı

21:41

Girassi Almaniya nəhəngində -RƏSMİ

21:21

Savio "Mançester Siti"də -RƏSMİ

18:43

Milenkoviç İngiltərə klubunda - RƏSMİ

18:11

"Qarabağ" ÇL matçı üçün iştirak ərizəsini təqdim etdi

17:58

"Yuventus" Rabyo ilə bağlı yekun qərarını verdi - AÇIQLAMA

17:41

"Qalatasaray" "Zenit"lə razılığa gəldi

17:23

İbrahimoviçin oğlu İtaliya nəhəngində - RƏSMİ

17:03

41 yaşlı əfsanəvi qapıçı A Seriyasına döndü

16:44

“Sumqayıt”ın rəqibi yeni transfer reallaşdırdı

16:25

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:16

“Kəpəz”də yeni müqavilə - RƏSMİ

15:48

“Sumqayıt” – “Fehervar” matçına satılan bilet sayı bilindi

15:30

Azərbaycanda 8 regional voleybol klubu yaradılıb

15:12

"Qarabağ" Bakıya qayıtdı

14:55

"Real" Modriçdən sonra daha bir "qoca" ilə müqaviləni uzatdı

14:26

Braziliya yığmasının qapıçısı Ronaldunun komandasına keçdi

14:07

"Bayern" İsveçrə millisinin üzvünü klubundan ayırmağa çalışır

13:45

Paris-2024: Güləş milliləri son hazırlıq prosesinə start verdi

13:24

FİFA reytinqi açıqlandı - Millimiz neçənci yerdədir?

12:43

Şahruddin Məhəmmədəliyev "Qarabağ"a qayıtdı - RƏSMİ

12:05

Benni Ərzurum toplanışını dəyərləndirdi

11:44

Rakitiç Səudiyyə Ərəbistanından ayrılır

11:25

II Liqada çıxış edəcək 14-cü komanda bəlli oldu

10:28

Mbappe PSJ-ni məhkəməyə verir - "Başqa variant yoxdursa..."

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:46

"Bayer Leverkuzen" yeni hücumçu ilə anlaşdı

09:00

Rahil Məmmədovun yeni klubu bilindi

02:25

KL: 2-ci mərhələyə adlayan komandalar müəyyənləşdi

02:17

ÇL: I təsnifat mərhələsinə yekun vuruldu

17 İyul 2024
22:08

"Sabah" ukraynalılara qalib gəldi

21:45

“Səbail” Türkiyədən "sülh"lə ayrılır

21:00

Ruan Renato "Şerif"lə oyundan nə gözləyir?

Facebookdan bizi izləməyi unutmayın.
X