Almaniyada təşkil olunan Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, qrup mərhələsindəki mübarizəyə yekun vurulub.
Slovakiya və Rumniya ilə, Belçika isə Ukrayna ilə heç-heçə oynayıb. Belədə, 2-ci turdan sonrakı status-kvo dəyişməyib və bütün komandalar qrupu 4 xalla bitiriblər. Belədə, əlavə göstəricilərə görə sonuncu pillədə qərarlaşan Ukrayna mübarizəni dayandırıb.
F qrupuna gəlincə, Hamburq şəhərində Çexiya və Türkiyə milliləri münasibətlərinə aydınlıq gətiriblər. "Ay- ulduzlular" 20-ci dəqiqədən azlıqda oynayan çexləri 2:1 hesabı ilə yenərək qrup ikincisi kimi 1/8 finala yüksəliblər.
Bu qrupun paralel keçirilən digər görüşündə isə Gürcüstan Portuqaliya üzərində inamlı qələbə qazanaraq xal hesabını 4-ə çatdırıb və ən yaxşı qrup üçüncülərindən biri qismində tarixində ilk dəfə qatıldığı AÇ-nin 1/8 finalına çıxıb.
AÇ-2024
III tur
26 iyun
E qrupu
Slovakiya - Rumıniya 1:1
Qollar: Duda, 24 - Marin, 37-pen.
Baş hakim: Daniel Siebert (Almaniya).
“Frankfurt Arena”.
Ukrayna - Belçika 0:0
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, "MHP Arena".
Xal durumu: Rumıniya - 4, Belçika - 4, Slovakiya - 4, Ukrayna - 4.
F qrupu
Çexiya - Türkiyə 1:2
Qollar: Souçek, 66 - Çalhanoğlu,51. Tosun, 90+4
Qırmızı vərəqə: Barak, 20 (ikinci sarı)
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Hamburq, “Folksparkştadion".
Gürcüstan - Portuqaliya 2:0
Qollar: Kvaratsxeliya, 2. Mikautadze, 57.
Baş hakim: Sandro Şörer (İsveçrə).
Helzenkirhen, "Feltins Arena".
Xal durumu: Portuqaliya - 6, Türkiyə - 6, Gürcüstan - 4, Çexiya -1.
Qeyd edək ki, Avropa çempioantına iyulun 14-də yekun vurulacaq.