Sloveniya millisinin baş məşqçisi Matyaj Kek komandasının gözləntilərindən üstün nəticə qazandığını etiraf edib.
Fanat.Az xəbər verir ki, mütəxəssis İngiltərə ilə oyundan sonra keçirilən mətbuat konfransında bu haqda belə danışıb:
“Qrupdan çıxacağımızı gözləmirdim. Biz öz oyunumuzla göstərdik ki, buna layiqik. Bu gün turnirin favoritlərindən biri ilə qarşılaşdıq. Bir az şanslı ola bildik, amma azarkeşlərimiz bizi çox yaxşı dəstəklədilər, buna görə minnətdarıq. İkinci hissədə İngiltərə tempi artırdı və biz xeyli əziyyət çəkdik".
Qeyd edək ki, qrup mərhələsinin son turunda İngiltərə ilə oyununda sloveniyalılar məğlubiyyətdən yaxa qurtara bilib - 0:0. Bu heç-heçə Kekin komandasına qrupda üçüncü yeri tutmağa və AÇ2024-ün 1/8 finalına yüksəlməyə imkan verib.
Mirağa