Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen AÇ-2020 çərçivəsində keçirilən Finlandiya ilə matçda huşunu itirib.
Tükürpədən olay görüşün 42-ci dəqiqəsində yaşanıb.
Kristiana heç kim toxunmadığı halda, özündən gedərək yerə sərilib.
Oyun saxlanılıb və həkimlər Eriksenin həyatını xilas etmək üçün meydana çıxıb. Oyunçunu ayağa qaldırmaq mümkün olmadığından o, stadiondan çıxarılaraq qospitala çatdırılıb. Ardından UEFA-nın rəsmi saytı futbolçunun vəziyyətinin stabilləşdiyi barədə məlumat yayıb.
Fanat.Az üzücü hadisənin fotolarını təqdim edir: