Danimarka millisinin həkimi Morten Bozen bu gün Kopenhagendə baş tutan Danimarka - Finlandiya oyununun 42-ci dəqiqəsində meydanda huşunu itirən Kristian Eriksendən danışıb.
Fanat.Az xəbər verir ki, o, AÇ-2020-nin qrup mərhələsinin matçında özündən gedən və xəstəxanaya çatdırılan Eriksenin başına gələn hadisəni belə şərh edib:
"O yerdə qalanda bizi meydana çağırdılar. Epizodu görə bilməmişdim, amma tezliklə özünün yıxıldığı müəyyənləşdi. Biz futbolçuya çatanda böyrü üstə uzanmışdı, nəfəs alırdı. Nəbzini yoxlayarkən vəziyyət dəyişdi. Ürək masajı etməyə başladıq. Bütün həkimlərin və işini yüksək səviyyədə görən digər təcili xidmətlərin sayəsində Kristianı xilas etdik. O, hələ xəstəxanaya yerləşdirilməmiş mənimlə danışırdı".
Qeyd edək ki, Danimarka millisinin oyunçusu huşunu itirdiyi andan dayandırılan oyun Bakı vaxtilə 22:30-dan etibarən davam etdirilib. Finlər Danimarkanı 1:0 hesabıyla yenib.
Fanat.Az