İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç AÇ-2020-nin qrup mərhələsi çərçivəsində Uels yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, Bakıda baş tutan və 1:1 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
"Bu matçda qalib gəlmək istəyirdik. Ancaq görüş heç-heçə başa çatdı. Hesabı açsaq da, bunun davamını gətirə, şanslardan istifadə edə bilmədik. Rəqib daha çox riks edirdi. Uels yığması çox keyfiyyətli komandadır. Avropa çempionatında zəif rəqib yoxdur. Növbəti matçlarda daha çox xal qazanmağa çalışmalıyıq. Artıq İtaliyaya ilə oyunumuzu haqda düşünürük. Rəqibdən qorxmamalıyıq. Bu, tamamilə fərqli qarşılaşma olacaq".
Fanat.Az