Bu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçirilib.
Fanat.Az-ın məlumatına görə, matçların biri D, ikisi isə E qrupunda baş tutub.
Günün ilk oyunu D qrupunda Şotlandiya və Çexiya yığmaları arasında olub. Qlazqodakı "Hampden Park" stadionunda reallaşan görüşdə çexlər qələbə qazanıb - 2:0.
E qrupunda öncə Polşa Slovakiyanı sınağa çəkib. Rusiyanın Sankt-Peterburq şəhərində baş tutan dueldə Polşa favorit sayılsa da, Robert Levandovski və komanda yoldaşlarının oyunu istənilən səviyyədə alınmayıb. Görüşün 62-ci dəqiqəsindən azlıqda oynayan polşalılar AÇ-yə məğlubiyyətlə başlayıb - 1:2.
Qrupun digər qarşılaşması Bakı vaxtı ilə 23:00-da start götürüb. Üçqat Avropa çempionu İspaniya İsveçlə üz-üzə gəlib. Sevilyadakı oyunda topa nəzarət edən tərəf "buğalar" olsa da, Skandinaviya təmsilçisi inamla müdafiə olunaraq uduzmayıb. Qolsuz bərabərliklə bitən qarşılaşmada İsveçin qapıçısı Robin Olsen adından söz etdirib.
Avropa çempionatı
Qrup mərhələsi, I tur
14 iyun
D qrupu
Şotlandiya - Çexiya 0:2
Qollar: Patrik Şik, 42; 52.
Baş hakim: Daniel Siebert (Almaniya).
Qlazqo. "Hampden Park" stadionu.
E qrupu
Polşa - Slovakiya 1:2
Qollar: Karol Linettı, 46 - Voytsex Şensnı, 18 - öz qapısına; Milan Şkrinyar, 69
Qırmızı vərəqə: Qjeqoj Krıxovyak, 62 (Polşa).
Baş hakim: Ovidiu Hateqan (Rumıniya).
Sankt-Peterburq. "Sankt-Peterburq" stadionu.
İspaniya - İsveç 0:0
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Sevilya. "Estadio La Cartuja" stadionu.
Fanat.Az