AVRO-2020-nin Bakıda keçiriləcək Uels - Türkiyə oyununu idarə edəcək hakimlərin adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Görüşü Portuqaliyadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Artur Diaş olacaq. Ona Rui Taveres və Paulu Soareş köməklik göstərəcək. 4-cü hakim funksiyasını polşalı Bartoş Frankovski yerinə yetirəcək. VAR hakimi isə portuqaliyalı Joau Pineyrodur.
Qeyd edək ki, iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək Uels - Türkiyə matçı saat 20:00-da başlayacaq.
Fanat.Az