Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldunun hərəkəti "Coca-Cola" şirkətinə baha başa gəlib.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu Macarıstanla AVRO-2020 oyunundan əvvəl keçirilən mətbuat konfransında turnirin sponsorlarından olan "Coca-Cola" şüşəsini kameranın önündən çəkmiş və su şüşəsini göstərərək "bu sizə yetər" demişdi.
Ronaldunun bu hərəkətindən sonra "Coca-Cola" şirkətinin səhmləri 56,10-dan 55,22-yə düşüb. Bununla da şirkət 4 milyard dollar dəyər itirib. Belə ki, "Coca-Cola"nın 242 milyard dollar olan səhmləri 238 milyard dollara düşüb.
Aydın