AÇ-2020-nin A qrupu çərçivəsində keçirilən Türkiyə - Uels matçının ən yaxşı futbolçusunun adı açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Uels yığmasının yarımmüdafiəçisi Qaret Beyl bu görüşün ən yaxşısı seçilib.
31 yaşlı futbolçu Bakı Olimpiya Stadionunda keçirilən bu matçda komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub. Belə ki, komandasının 2:0 hesabıyla qalib gəldiyi görüşdə hər iki qolun ötürməsini Beyl verib. O, 61-ci dəqiqədə penaltini qola çevirməyi bacarmayıb.
Fanat.Az