AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda Danimarka - Belçika matçı (1:2) baş tutub.
Fanat.Az xəbər verir ki, daha öncə Finlandiya ilə görüşdə Danimarkanın 10 nömrəli futbolçusu Kristian Eriksenin meydanda ürəyi dayandığına görə qarşılaşma 10-cu dəqiqədə dayandırılıb.
Belə ki, top meydandan çıxarılıb və azarkeşlər ürəyinə cihaz yerləşdirilməsi üçün əməliyyata hazırlaşan Erikseni alqışlayıb. Tribunada danimarkalı fanatların açdığı "Bütün Danimarka səninlədir, Kristian" banneri görünübsə, belçikalı azarkeşlər "Belçika Kristianı sevir" pankartını qaldırıb.
Qeyd edək ki, bu oyunun 10-cu dəqiqədə dayandırılacağını bir gün öncə Belçika millisinin forvardı Romelu Lukaku açılqamışdı.
Atilla