AÇ-2020 çərçivəsində bu gün daha 3 oyun keçiriləcək.
Fanat.Az xəbər verir ki, qitə birinciliyinin qrup mərhələsi çərçivəsində E-nin bir, D qrupunun iki oyunu baş tutub.
Öncə E qrupunda İsveç Slovakiya ilə münasibətlərinə aydınlıq gətirib. Birinci oyunda Polşanı üstələyən slovaklar (2:1) İspaniya ilə qolsuz bərabərliyə razılaşan skandinaviyalıları (0:0) yensə, 1/8 finala yüksələcəkdi. Lakin oyun şimallıların minimal hesablı qələbəsi ilə yekunlaşıb.
D qrupunun 20:00-da başlayan oyununda Çexiya Xorvatiya ilə qarşılaşıb. Çexlər hesabı açsa da, "dama-damalar" bərabərlik qolunu vurmağı və AÇ-də ilk xalını qazanmağı bacarıb.
Günün son qarşılaşmasında İngiltərə Şotlandiyanı sınağa çəkib. Şotlandlar əzmkar oyun sərgiləyərək 0:0 hesablı heç-heçəyə nail olub. İngiltərə isə ardıcıl ikinci matçda qələbə qazana bilmədiyindən növbəti mərhələyə vəsiqənin taleyi son tura qalıb.
Xatırladaq ki, iki turdan sonra İtaliya və Belçika, Niderland yığmaları artıq 1/8 finala vəsiqə qazanıb. Niderland həm də qrup birinciliyini təmin edən ilk iştirakçı olub.
AVRO-2020
Qrup mərhələsi
18 iyun
E qrupu
17:00. İsveç – Slovakiya 1:0
Qol: Emil Forsberq, 77-pen.
Baş hakim: Daniel Zibert (Almaniya).
Sankt-Peterburq. Yeni Zenit stadionu.
İsveç: 1. Robin Olsen, 2. Maykl Lustiq, 3. Viktor Lindelof , 6. Lüdviq Auqustinsson, 7. Sebastian Larsson (k), 8. Albin Ekdal, 9. Markus Berq, 10. Emil Forsberq, 11. Aleksandr İsak, 20. Kristoffer Olsson, 24. Markus Danyelson.
Slovakiya: 1. Martin Dubravka, 2. Peter Pekarik, 5. Lubomir Satka, 8. Andrey Duda, 13. Patrik Hrosovski, 14. Milan Skriniar, 15. Tomas Hubokan, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Roberrt Mak, 24. Martin Kosçelnik.
D qrupu
20:00. Xorvatiya – Çexiya 1:1
Qol: İvan Perişiç, 47 - Patrik Şik, 37
Baş hakim: Karlos del Serro Qrande (İspaniya).
Qlazqo. "Hampden Park” stadionu.
Xorvatiya: 1. Dominik Livakoviç, 2. Şime Vrsalko, 4. İvan Perişiç, 6. Deyan Lovren, 7. Yosip Brekalo, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 17. Ante Rebiç, 21. Domaqoy Vida, 25. Yoşko Qvardiol.
Çexiya: 1. Tomaş Vatslik, 3. Andrey Çelustka, 5. Vladimir Çoufal, 6. Tomaş Kalas, 8. Vladimir Darida (k), 9. Tomaş Holeş, 10. Patrik Şik, 12. Lukas Masopust, 14. Yakub Yankto, 15. Tomaş Souçek, 18. Yan Boril.
23:00. İngiltərə – Şotlandiya 0:0
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya).
London. "Uembli” stadionu.
İngiltərə: 1. Cordan Pikford, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 14. Kelvin Fillips, 15. Tayron Minqs, 19. Meyson Maunt, 20. Fil Foden, 24. Riz Ceyms.
Şotlandiya: 1. David Marşall, 2. Stiven O`Donnell, 3. Endryu Robertson (k), 4. Skott Maktominay, 5. Qrant Heynli, 6. Kiran Tirni, 7. Con Makqinn, 8. Kallum Makqreqor, 9. Lindon Dayks, 10. Çe Adams, 23. Billi Gilmor.
Fanat.Az