Türkiyənin "TRT Spor" kanalı "Instagram" səhifəsində maraqlı videoçarx paylaşıb.
Fanat.Az xəbər verir ki, sözügedən kanalın müxbiri azərbaycanlı həmkarı, "CBC Sport" kanalının Xəbərlər xidmətinin rəhbəri, şərhçi Şəmsəddin Abbasovla futbol terminlərinin Azərbaycan türkcəsində sual-cavab çarxı hazırlayıb.
Paylaşım izləyicilərə "Futbol terminlerini Azerbaycan dilinde dinliyoruz" başlığı ilə təqdim olunub. Həmin görüntülər səhifənin çoxsaylı izləyiciləri tərəfindən maraqla qarşılanıb.