"Sauthempton"un və Danimarka millisinin müdafiəçisi Yannik Vesterqor AVRO-2020-nin qrup mərhələsinin 3-cü turunda Rusiya ilə keçirəcəkləri görüşdən danışıb.
Fanat.Az xəbər verir ki, Vesterqorun UEFA-nın rəsmi saytına verdiyi açıqlama belə olub:
"Hədəflərimiz əvvəlki qədər böyükdür. Meydana çıxıb Rusiyanı məğlub edəcəyik. Ümid edirəm ki, Belçika da gücünü ortaya qoyacaq və bizim üçün turnir vaxtından əvvəl bitməyəcək. Belçika ilə oyunda ortaya qoyduğumuz futbol zəif olmadığımızın göstəricisidir. Öncə Rusiyanı udacaq, sonrasına baxacağıq".
İlk iki turdan sonra B qrupunun lideri 6 xala malik Belçika yığmasıdır. 3 xalı olan Rusiya şəxsi oyundakı nəticəyə görə Finlandiyanı qabaqlayırsa, xal qazana bilməyən Danimarka sonuncudur.
Atilla