Portuqaliya millisinin zədəli hücumçusu Joau Feliks heyətə geri dönüb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA nümayəndəsi Karluş Maşadu məlumat verib.
Xəbərə görə, futbolçu artıq komanda ilə birgə məşqlərə qoşulub. Onun AVRO-2020-nin III turunda Fransa ilə oyunda meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, F qrupda keçirilən Portuqaliya - Fransa matçı sabah oynanılacaq.
Aygün