AVRO-2020-nin F qrupunda baş tutan Almaniya - Macarıstan matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Almaniya yığmasının yarımmüdafiəçisi Yozua Kimmix oyunun ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının 1 xal qazanmasında pay sahiblərindən biri olub.
Qeyd edək ki, Almaniya - Macarıstan matçı 2:2 hesabıyla başa çatıb.
Fanat.Az