"WhoScored" futbol statistikası saytı AVRO-2020-nin qrup mərhələsinin ən yaxşı futbolçularını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu ada Belçika yığmasının yarımmüdafiəçisi Kevin De Brüyne layiq görülüb.
Seçim hər matça verilən orta qiymət əsasında aparılıb. De Brüyne 8,84 xal toplayıb.
İkinci yerdə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu 8,06 xalla qərarlaşıb. "Üçlüy"ü Hollandiya millisindən Frenki De Yonq 7,87 xalla qapayır.
Fanat.Az