İtaliya yığmasının yarımmüdafiəçisi Marko Verratti AVRO-2020-nin 1/8 finalında üz-üzə gələcəkləri Avstriya yığması ilə oyundan danışıb.
Fanat.Az xəbər verir ki, orta xətt oyunçusu fikirlərini UEFA-nın rəsmi saytına açıqlayıb:
"Bizi çətin oyun gözləyir. 1/8 finalda asan görüş olmur. Ümumiyyətlə, hər matçı sonadək oynamaq vacib şərtdir. Məsələn, Almaniya - Macarıstan qarşılaşmasının son 10 dəqiqəsinə qədər almanlar qrupda qalırdı...
Komandalar var gücləri ilə mübarizə aparırlar. Belə də olmalıdır. Əvvəlki qarşılaşmalardakı kimi istəkli və cəsarətli çıxış etsək, əla matç keçirə bilərik".
Atilla