Bu gün AVRO-2020-nin 1/8 final mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki görüş reallaşıb.
Öncə Uels - Danimarka matçı baş tutub. "Əjdahalar"ı 4 cavabsız qolla darmadağın edən skandinaviyalılar adını növbəti mərhələyə yazdırıb. Danimarkalılar Niderland - Çexiya cütünün qalibi ilə Bakı Olimpiya Stadionunda 1/4 final matçına çıxacaq. Həmin oyun iyulun 3-də keçiriləcək.
Ardından isə qitə birinciliyinin əsas favoritlərindən sayılan İtaliya yığması Avstriya ilə münasibətlərinə aydınlıq gətirib. Oyunun əsas vaxtı qolsuz bərabərliklə bitib və əlavə vaxta ehtiyac duyulub. 2:1 hesablı qələbə qazanan Roberto Mançininin yetirmələri sürprizə imkan verməyib.
AVRO-2020
1/8 final
26 iyun
20:00. Uels – Danimarka 0:4
Qollar: Kasper Dolberq, 27; 48; Yoakim Mehle, 88; Martin Breytveyt, 90+6.
Qırmızı vərəqə: Harri Uilson, 90
Baş hakim: Daniel Zibert (Almaniya).
Amsterdam. "Yohan Kroyff Arena”
Uels: Danni Uord, Ben Deyvis, Co Rodon, Co Allen, Aaron Remzi, Qaret Beyl, Kieffer Mur, Konnor Roberts, Co Morrell, Daniel Ceyms, Kris Mepam.
Danimarka: Kasper Şmeyxel, Yannik Vesterqor, Simon Kyer, Yoakim Mehle, Andreas Kristensen, Tomas Dileyni, Kasper Dolberq, Mikkel Damsqor, Yens Stryuqer-Larsen, Pyer-Emile Heyberq, Martin Breytveyt.
23:00. İtaliya – Avstriya 2:1
Qollar: Federiko Kyeza, 96; Mateo Pessina, 105 - Saşa Kalayciç, 114.
Baş hakim: Entoni Teylor (İngiltərə).
London. "Uembli” stadionu.
İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorentso, 4. Leonardo Spinatsola, 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 11. Domeniko Berardi, 15. Françesko Açerbi, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi (k).
Avstriya: 13. Daniel Baxmann, 3. Aleksandr Draqoviç, 4. Martin Hinteregger, 7. Marko Arnautoviç, 8. David Alaba (k), 9. Marsel Sabitzer, 10. Florian Qrilliç, 19. Kristof Baumqartner, 21. Ştefan Layner, 23. Xavyer Şlager, 24. Konrad Laymer.
Fanat.Az