İtaliya höküməti AVRO-2020-nin yarımfinal və final matçlarının İngiltərədə keçirilməsinin əleyhinədir.
Fanat.Az xəbər verir ki, bir müddət öncə ölkənin baş narizi Mario Draqi İngiltərədə koronavirusun yeni ştammının yayılmasını vurğulayaraq finalın Londonda keçirilməsi ilə bağlı məsələ ilə məşğul olacağını bəyan etmişdi.
İtaliyanın Səhiyyə Naziri Roberto Speransa da məsələ ilə bağlı çıxış edib. Sky TG24-də danışan nazir "Düşünürəm ki, Böyük Britaniyada xəstə sayı getdikcə artacaq. Draqinin sözlərində həqiqət var. 11 iyul tarixinə kimi çox var. Aidiyyatı qurumlar o vaxta kimi yoxlanış edib qiymət verərlər", deyə bildirib.
Qeyd edək ki, AVRO
-2020-nin yarımfinal və final matçlarının keçiriləcəyi Londondakı "Uembli" stadionuna 60 mindən çox azarkeş buraxılacaq. Arenaya daxil olacaq azarkeşlər İngiltərədəki yeni tip koronavirus protokollarına uyğun yoxlanılacaq. Stadiona girmək istəyən azarkeşlərin koronavirus testi mənfi olmalı və onlar peyvənd olunmaları ilə bağlı sənəd təqdim etməlidir.
Xatırladaq ki, yarımfinal oyunları 6-7 iyul, final matçı isə 11 iyulda olacaq.
Aygün