Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vida AVRO-2020-nin 1/8 final mərhələsində İspaniya millisinə qarşı keçirəcəkləri oyundan danışıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı Vidanın söylədiklərini belə çatdırıb:
"İspaniya millisi güclü futbolçulardan qurulmuş əla komandadır. Amma Xavi və İnyesta oynadığı dönəmdə daha güclüydülər. Əlbəttə, bu fakt işimizi yüngülləşdirmir. Bazar ertəsi bizi cəhənnəm gözləyir. Qələbə naminə bütün gücümüzü meydanda qoymaq məcburiyyətindəyik. Top rəqibdə olanda ehtiyatlı davranmalı, ani əks-hücumlar qurmalıyıq. İspaniya topsuz oynamağı sevmir. Bu amili nəzərə almalı və öz xeyrimizə istifadə etməliyik".
Qeyd edək ki, Xorvatiya - İspaniya matçı iyunun 28-də Kopenhagendəki (Danimarka) "Parken" stadionunda baş tutacaq.
Atilla