İtaliya millisinin sabiq hücumçusu Alessandro Del Pyero "squadra adzurra"nın AVRO-2020-nin 1/8 finalında Avstriya ilə oyunundan (2:1) danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" Del Pyeronun söylədiklərini belə çatdırıb:
"Əlbəttə, 1/4 finala yüksəldiyimiz üçün məmnunuq. Amma yaşadığım gərginlik üzündən iki kiloqram çəki atdım. İtaliyadan başqa oyun gözləyirdim. Avstriya hamımızı təəccübləndirməyi bacardı. Yaxşı ki, qapımıza vurulan qol qeydə alınmadı. Bu, İtaliyanı yaxşı mənada qorxutdu və hərəkətə keçirdi. Ehtiyatı əldən verir, arxayınlaşırsansa, gözlənilməz problemlərin yaranması normaldır. Əsas olan isə vaxtında nəyisə dəyişə bilməkdir".
Qeyd edək ki, İtaliya 1/4 finalda Belçika - Portuqaliya cütünün qalibi ilə üz-üzə gələcək.
Atilla