Hazırda davam edən AVRO-2020-nin 1/8 final matçında Belçikaya 0:1 hesabıyla uduzan Portuqaliya yığmasının lideri Krişrianu Ronaldu cərimə zərbəsindən qol vurmağa və uğursuz sindromdan qurtulmağa yaxın olub.
Fanat.Az xəbər verir ki, Belçika millisinin qolkiperi Tibo Kurtua baxımlı seyvlə Ronaldunun topu tora qovuşdurmasına əngəl olub.
Beləliklə, Kriştianu AVRO-2004-dən bəri oynadığı 5 qitə birinciliyinin heç birində cərimə zərbəsindən fərqlənə bilməyib. İştirakçısı olduğu Avropa çempionatlarında penaltilər nəzərə alınmamaqla 28 dəfə "duran top"a yaxınlaşan superulduz bütün şanslarını boşa verib.
Atilla