Portuqaliya millisi AVRO-2020-nin 1/8 final mərhələsində Belçika yığmasına (0:1) uduzaraq Avropa çempionatı ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, Portuqaliya seçməsinin ulduz futbolçusu Kriştianu Ronaldu yenilgiyi şərh edib.
O, fikirlərini "İnstagram" səhifəsi üzərindən paylaşıb: "Gözlədiyimizdən daha tez tərk etdik. Ancaq öz çıxışımızla qürur duyuruq. Dəstəkləri üçün azarkeşlərə minnətdarıq. Belçika millisini təbrik edirik və bütün komandalara uğurlar arzu edirik. Biz daha güclü qayıdacağıq. İrəli, Portuqaliya!"
Aygün