AVRO-2020-nin 1/8 final mərhələsi çərçivəsində baş tutan Fransa - İsveçrə oyununun ən yaxşı futbolçusu açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İsveçrə yığmasının 28 yaşlı yarımmüdafiəçisi Qranit Caka qarşılaşmanın ən parlaq siması elan edilib.
İnamlı oyunu ilə diqqətləri üzərinə çəkən Caka komandasının üçüncü qolunun ötürməsini də verib.
Qeyd edək ki, Fransa - İsveçrə matçının əsas vaxtı 3:3 hesabıyla başa çatıb. Penaltilər seriyasında 5:4 hesabıyla qalib gələn isveçrəlilər 1/4 finala vəsiqə qazanıb.
Fanat.Az