AVRO-2020-nin 1/8 final mərhələsində Fransa yığmasını mübarizədən kənarlaşdıran (3:3, penaltilər seriyası: 5:4) İsveçrə millisinin qapıçısı Yan Zommer Kilian Mbappenin zərbəsini dəf etməsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Spox" qolkiperin sözlərini belə çatdırıb:
"Mbappenin vuruşundan sonra topu qaytarmağım Hollivud süjeti sayıla bilərmi? Məncə, hə. Çünki matçın ssenarisi ağlasığmaz idi. Robert De Niroya zəng vurub öyrənəcəm. Bəlkə məni filmə çəkmək istədi. Bu, tarixdir! Komandamla fəxr edirəm. İsveçrəyə heç kim inanmırdı. Amma biz sonadək döyüşəcəyimizə and içmişdik".
Atilla