Ukrayna millisinin müdafiəçisi Eduard Sobol AVRO-2020 ərəfəsində səhhəti ilə bağlı ciddi problem yaşayıb.
Fanat.Az xəbər verir ki, bunu ukraynalı idman şərhçisi İqor Tsıqanık deyib.
"Sobol Avropa çempionatı ərəfəsində bir neçə dəfə huşunu itirib. Maraqlıdır ki, tibbi yoxlamadan keçib və həyat əhəmiyyətli orqanlarında təhlükəli heç nə aşkarlanmayıb. İsveçlə oyunda meydana çıxa biləcəyini düşünürəm. Çünki fiziki cəhətdən çox hazırlıqlıdır. Sol cinahda çox iş görə bilər".
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə 23:00-da Ukrayna yığması AVRO-2020-nin 1/8 final mərhələsi çərçivəsində İsveç millisi ilə üz-üzə gələcək.
Atilla