Kiyev "Dinamo"su, Moskva "Lokomotiv"i kimi klublarla yanaşı, "Qəbələ"dəki fəaliyyəti ilə də (2013-2014) tanınan Yuri Syomin Ukrayna millisinin AVRO-2020-nin 1/4 finalına vəsiqə qazanmasını şərh edib.
Fanat.Az xəbər verir ki, rus çalışdırıcı Andrey Şevçenkonun komandasının İsveç üzərindəki qələbəsi (2:1) barədə championat.com-a bunu deyib:
"Nəticə varsa, deməli, yaxşı oynayırlar. İkinci qol çox gözəl alındı. Ukraynanı Rusiya ilə müqayisə etmək yersizdir. Bu gün biz Avropa çempionatında deyilik. Ukraynanı təbrik etmək lazımdır. Böyük futbolçu olan Şevçenkonun uğurlu məşqçiyə çevrilməsi ürəyimcədir. O, Ukrayna məşqçilər nəslinin layiqli davamçısıdır. O, böyük turnirlərdə nəyi necə etməli olduğunu yaxşı bilir".
Atilla