“Neftçi” yeni kampaniyaya start verib. Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Misli Premyer Liqasının 7-ci turu çərçivəsində oktyabrın 9-da "ağ-qaralar"ın “Sabah”a qarşı keçirəcəyi ev oyununa onlayn bilet alıb biletini stadionun girişində skan edərək, matçda iştirak edən azarkeşlərdən biri İstanbula aviabilet qazanacaq. İlin sonunadək isə hər 3-cü ev oyununda bir azarkeşin aviabilet qazanmaq şansı olacaq. Növbəti aviabilet üçün iştirakçı ardıcıl 3 ev oyununa onlayn bilet almalıdır, biletlərini stadionun girişində skan edərək, hər 3 görüşü tribunadan izləməlidir. Qalib 3-cü oyunun ilk hissəsinin gedişində bütün şərtləri yerinə yetirən iştirakçılar arasından təsadüfi şəkildə seçiləcək. Şəffaflığın təmin olunması üçün qalibin seçilmə prosesinin videosu klubun sosial şəbəkələrində hekayə bölməsində paylaşılacaq. Qalib olan şəxsə hədiyyə oyunun fasiləsində, meydançada – bütün azarkeşlərin gözü qarşısında təqdim ediləcək. Müsabiqədə yalnız onlayn bilet alan azarkeşlər iştirak edə bilərlər. Onlayn biletləri //bilet.neftchi.az saytından və “Neftçi”nin mobil tətbiqindən əldə etmək olar. Tribunadakı yerin bu dəfə səni İstanbula apara bilər!
"Aerowingo"dan "Neftçi" azarkeşlərinə İstanbul bileti!
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev