12:55 16.03.2020 466

"AFFA-da olduqca istedadlı dələduzlar var" - SORĞU

Koronavirus pandemiyasının idmandan, o cümlədən futboldan da yan keçməməsi başadüşülən haldı. Qlobal təhlükənin törətdiyi fəsadlar göz qabağındadı. Millinin baş məşqçi postuna yeni əcnəbi çalışdırıcı axtaran AFFA-nın mövcud durumda vaxt qazanması isə faktdı. İnfeksiyanın tüğyan etmədiyi dönəmdə "papağı günə yandıran” assosiasiya başbilənlərinin  kənardan necə göründüyü, şübhəsiz, böyük maraq doğurur. İdman mətbuatının bir neçə simasının fikirlərini öyrənməyə çalışdıq. 

Fanat.Az olaraq media mənsublarına bu sualı ünvanladıq: koronavirus pandemiyası AFFA-nın xeyrinə oldu, ziyanına? 

Mahir Rüstəmli ("Futbol+” qəzeti): "Bir ölkədə futbol dayanıbsa, onun ali futbol qurumu hansı qazancı götürə bilər? Ölkədaxili yarışların perspektivi bilinmir, bu qədər hazırlıq fonunda Avropa çempionatının final mərhələsinin təxirə salınmaq ehtimalı böyükdü, Azərbaycan turizmdən qazana biləcəyi paranı itirmək ərəfəsindədi və s. və i.a. Bəlkə də Elxan Məmmədov nəfəs dərmək üçün imkan qazandı. Amma AFFA-nın qurum olaraq xeyrindən söhbət gedə bilməz. Başqa bir məqam yığma ilə bağlıdı. Yəni gözlənilən baş məşqçi təyinatı ləngiyir ki, burda da mən faciəvi nəsə görmürəm. Guya hansısa yüksək hədəflər uğrunda mübarizə aparırıq ki, tələm-tələsik baş məşqçi təyin edək?!”

Natiq Muxtarlı ("Kaspi” qəzeti): "Koronavirus bütün dünyanı iflic etsə də, onun Azərbaycan futboluna, xüsusən də AFFA-ya heç bir ziyanı yoxdu. Birincisi, bizdə futbol yoxdu. Futbol yoxdursa, teleyayımdan gələn gəlir də yoxdu. Futbol yoxdusa, bilet satışından əldə olunan mənfəət yoxdu. Belə olan halda, AFFA nədən ziyan çəkəcək? Ola bilsin ki, yığmanın təlim-məşq toplanışları ilə bağlı planları dəyişsin. Çünki bu təlim-məşq toplanışları pul "yumaq” üçün əla vasitə idi. Amma bundan da çıxış yolu tapacaqlar. AFFA-da olduqca istedadlı dələduzlar var. Onların potensialına, büdcəni təmizləmək, ideal vəziyyətdə "yumaq” bacarıqlarına qətiyyən şübhə etmirəm. İlin axırına hələ çox var. İnanıram ki, "yumaq” üçün əl variantlar tapacaqlar və ilin axırında qazancları yerində olacaq”.

Rəşad Ergün (komanda.az saytı): "Koronavirus AFFA-nın o baxımdan xeyrinə oldu ki, milli komandaya baş məşqçi tapmaq üçün zaman qazandılar. Ümumiyyətlə, virusun Azərbaycan futbolunun elə də ziyanına işlədiyini düşünmürəm. Bizim futbolumuz onsuz da "virus"a yoluxmuşdu. Azərbaycanın Premyer Liqa klubları İtaliya, İngiltərə, İspaniya, Almaniya, Fransa klubları kimi milyonlarla avro itirmirlər. Onsuz da çempionat matçları boş stadionlarda oynanlırdı, bu baxımdan klublarımızın hansısa maddi ziyana uğradığını demək olmaz. Amma əlbəttə, Avropa futbolunun tamamilə dayanması, xarici çempionatları həvəslə izləyən azərbaycanlı futbolsevərlər üçün üzücü məqamdır. Yoxsa belə, nə AFFA-nın, nə də Azərbaycan futbolunun itirəcəyi bir şey var. Sadəcə, zaman itkisi var ki, bütün dünyada necə olacaqsa, bizdə də elə olacaq”.
 
Kənan Məstəliyev (rekord.az saytı): "Məncə, istənilən ertələnmə, ləğv edilmə təkcə AFFA yox, istənilən idman federasiyasının ziyanınadı. Məsələ yalnız milli komandada deyil. Ölkədə futbol dayanıb, federasiya faktiki fəaliyyət göstərmir. Çempionat yoxdu, müxtəlif yaş qrupları üzrə yarışlar dayandırılıb, milli komandanın toplanışı ləğv edilib. AÇ-2020 böyük ehtimalla gələn ilə qalacaq... Çox xoşagəlməz durumdu. AFFA-nın xeyrinə olduğunu düşündüyümüz milli komandaya məşqçi təyin etməmə məsələsi əslində o qədər yaxşı durum deyil. İstənilən halda, millinin başında kimsə olmalı idi. Əcnəbi olacaqdısa, bu fasilə dövründə heç olmasa ölkədəki durumla qiyabi də olsa tanış ola, stadionları gəzə, necə deyərlər, futbol ictimaiyyətimizi tanıya, nəbzi tuta bilərdi...”
 
Vüsal Mahmudov(futbolinfo.az saytı): "Virusun kiməsə xeyir verəcəyini düşünmürəm. Ümumiyyətlə, kimsə bu bəladan xeyir də güdməz. Hətta AFFA rəhbərliyi belə... Koronavirus pandemiyası AFFA üçün hardasa, fürsət oldu. Bılkə də baş məşqçi təyinatı baxımından zaman qazanmalarına imkan yarandı. Yeni çalışdırıcı ilə müqavilə gec bağlanacağı üçün elə müəyyən vəsaitə də qənaət olunacaq. Bunu da qurum üçün xeyir saymaq olar. Milli prizmasından yanaşsaq, təbii, bu dərəcədə yubanmaq ölkənin əsas yığmasına əlavə problem yaratdı. Baş məşqçi təyinatı baş tutsaydı, komandayla tanış olar, lap indiki durğunluq dönəmində də müəyyən işlər görərdi”.
 
Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

29 May 2020
13:08

At çapması ilə fenomenə çevrilən Gülaydan üzücü xəbər - VİDEO

12:57

Makqreqor yenidən Həbiblə qarşılaşa bilər

12:35

Dünyanın ən dəyərli klubları - SIRALAMA

11:56

"Arsenal"da istefa

11:52

Azərbaycanda baş redaktorun anası koronavirusdan dünyasını dəyişdi

11:11

Premyer Liqa: Oyunların başlama saatları açıqlandı

11:06

PSJ-nin qapıçısı yol qəzasına düşdü - FOTOLAR

10:56

Bundesliqanın liderinə ağır cəza

10:44

Qrossmeysterimiz "İpək Yolu Kuboku"nun qalibi oldu

10:40

"Arsenal"ın ulduzu "İnter"in təklifini rədd etdi

10:10

Ronaldu mövsümün sonunda "Yuventus"dan ayrıla bilər

09:35

İtaliya A Seriyasının bərpa tarixi müəyyənləşdi

09:05

Viktor Valdesin yeni iş yeri bəlli oldu

08:20

"Ona vurulduğum üçün "Qalatasaray" azarkeşi oldum" - FOTOLAR

28 May 2020
21:00

Türkiyə klublarından Azərbaycana təbrik

19:43

Premyer Liqa bu tarixdə bərpa olunacaq

19:28

PSJ-ni "Arsenal"a dəyişir

19:13

Türkiyə Super Liqası ilə bağlı rəsmi qərar açıqlandı

18:15

Sulşer Verneri istəyir, MY rəhbərliyi transferin reallaşacağına inanmır

17:37

"Qalatasaray" "Atletiko"nun futbolçusunu transfer etmək istəyir

17:05

Simeonenin köməkçisi Argentina nəhəngini çalışdıra bilər

16:30

Hər gün futbol izləyəcəyik - La Liqanın bərpa planı

16:04

"Formula 1" üzrə Niderland Qran-prisi baş tutmayacaq - RƏSMİ

15:47

Mayk Tayson şou proqramda kütləvi dava saldı - VİDEO

15:42

“Qalatasaray” Azərbaycanı təbrik etdi

15:42

"Çelsi"nin futbolçusu Avropa nəhənglərinin "radar"ında

15:17

"Neftçi” və “Qarabağ”:100-dən çox böyükhesablı qələbə

15:12

"Şişirdilmiş" futbolçular - TOP-10

14:38

"Yuventus" Pyaniçə görə Frenki de Yonqu "Barsa"dan istəyir

14:10

Makqreqor titul döyüşünə çıxmayacaq - UFC prezidenti icazə vermədi

13:40

"Atletiko"nun daha bir oyunçusu sıradan çıxdı

13:15

MY transferlər üçün kredit götürdü - 140 milyon

13:14

"9 aylıq hamilə olanda..." - FOTOLAR

12:44

Beyl "Real"da qala bilər

12:36

"Qarabağ"ın adı ilə süni manipulyasiya edilir"

12:30

"Şalke"nin növbəti məğlubiyyəti - VİDEO

11:51

4 qol vuruldu, "Layptsiq" xal itirdi - VİDEO

11:43

“Qarabağ”a gəlmiş gözəlçə indi modellik edir - FOTOLAR

11:05

Ən sürətli futbolçu - Əşrəf Hakimi (SIRALAMA)

10:57

Avropanın məşhur klubunu almaq istəyən azərbaycanlı iş adamı kimdir?

10:47

"Qəbələ"nin futbolçusu: "Məşq edəndə kökəlirəm"

10:27

"Barselona" yox, "Real" lider olsaydı, La Liqanı erkən bitirərdilər"

10:20

Ulduz futbolçunun xanımından açıq-saçıq görüntülər - FOTO/VİDEO

09:35

"Arsenal" və "Tottenhem"in "Çelsi"nin futbolçusu uğrunda mübarizəsi

09:29

Avstriya klubu millimizin futbolçusu ilə yollarını ayırdı

09:17

Maşallah Əhmədov həbs edilən icra başçısından şikayət etdi

08:59

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

00:47

Bundesliqa: "Şalke 04" yenə uduzdu, "Layptsiq" evdə xal itirdi

27 May 2020
23:44

Fransa çempionatı ilə bağlı çıxarılan qərar dəyişdirildi

22:38

Kimmixdən yeni rekord

20:02

Bundesliqa klubu hücumçusunu itirdi

19:30

"Barselona", yoxsa "Yuventus"? - Qərarını verdi

18:25

NHL-də pley-off cütləri müəyyənləşdi

17:41

Balotelli əsas komandanın məşqlərində iştirak etmir

17:27

Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı

17:18

"Avropa çempionatı və Çempionlar Liqasını qazanmaq istəyirəm" - Mbappe

16:35

Premyer Liqa klubları təmas məşqlərinə başlayır

16:21

Mourinyu məşq zamanı niyə velosiped sürüb? - ÖZÜ DEDİ

16:08

"Real" koronavirus qurbanlarını belə yad etdi - VİDEO

15:34

Almaniya Kuboku: Yarımfinalların vaxtı açıqlandı

15:10

"Nyukasl" Koutinyuya görə "Barsa" ilə danışıqlara başladı

15:05

Hər kəsin bildiyi, Elxan Məmmədovun görmədiyi – HƏQİQƏT

14:40

"Sabah"ın yeni transferi nə qədər maaş alacaq?

14:24

Millidən göndərilən xorvat: "Ən layiqli namizədlər Qurbanovla Sadıqovdu"

14:05

Afrika Millətlər Kuboku təxirə salınır

13:38

"Neftçi" rəhbərliyi çətin durumda

13:30

İngilis futbolçu 23 yaşında dünyasını dəyişdi

13:10

Demiral yaşıl meydanlara qayıdır

12:58

Bakıda qadın sürücü dünya çempionu olan polisi xəstəxanalıq etdi - FOTO

12:36

Rəhmanoviç "Qarabağ"a gəlir? - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.