13:14 16.06.2021 274

AFFA-dan hərəkət, TFF-dən bərəkət

Dünən - 15 iyun tarixində Şuşa Bəyannaməsinə atılan imzalar dövlətçiliyimizin işıqlı sabahı üçün növbəti uğurun təməlidir. Strateji əhəmiyyət kəsb edən bəyannamənin imzalanma törəninin Şuşa şəhərində keçirilməsi isə gələcəyə hesablanmış ayrı bir mesaj idi.  

Son illərdə  qardaş Türkiyə, Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamını bütün parlaqlığı ilə bizə hiss etdirdi. Bu ilin aprel ayından Azərbaycan vətəndaşlarının Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə giriş-çıxışına icazə verilməsini misal göstərə bilərik. Sənaye, tikinti, təhsil və sair sektorlarda imzalanmış müqavilələr hər gün artmaqdadır. Bütün sadalananların sonunda bir məqsəd var – iqtisadiyyatı, sənayesi, təhsili və sairi ilə güclü Azərbaycan olmaq. Güclü olmaq uğura, qələbəyə öyrəşmək və uğurun, qələbənin "resept”ini bilməkdir. 

Təbii, "axsayan” sahələrimiz də var. Dövlətin uğura doğru apardığı siyasətlə ayaqlaşmayan, illərdir milyonlar xərclənən futbolumuz heç yerində də saymır. Dövlətdən maliyyələşən, birbaşa uşaq futbolunun inkişafına, milli komandaların inkişafına cavabdeh qurumun - AFFA-nın rəhbərliyi "top çiləmə” festivallarının təşkilindən, mağazalardan  top alan hər uşağı futbolçu kimi qeydiyyatdan keçirməkdən  başqa heç bir iş görmür. Yuxarıda qeyd etdiyim kimi, hər iki dövlət müxtəlif sahələrdə əməkdaşlıq, tərəfdaşlıq müqavilələri imzalayırsa, AFFA da Türkiyə Futbol Federassiyası (TFF) ilə danışıqlara başlamalıdır. Şəxsiyyət vəsiqəsi ilə qardaş ölkəyə sərbəst səfər etmək imkanımız varsa, niyə bu qayda futbola da şamil olunmasın? Azərbaycanlı futbolçuların Türkiyədə yabançı - əcnəbi statusunun ləğvi üçün danışıqlara start verməyin əsl vaxtıdır. Düzdü, yaxın keçmişdə TFF ilə bu mövzuda danışıqlara cəhd edilmişdi, amma son nəticədə razılıq əldə olunmadı. İndiki durumda isə olduqca münbit şərait yaranıb. Yəni bizimkilər təşəbbüs göstərsə, TFF  də möhkəmlənən qardaşlığa öz töhfəsini verəcək. 

Şübhəsiz, AFFA azərbaycanlı futbolçuların Türkiyədə əcnəbi statusunun ləğvinə nail olsa, inkişafa təkan olacaq. Belədə, qardaş ölkə klublarının yerli futbolçularımıza marağı artacaq. 

Bu gün həm də o gündür ki, Azərbaycan və Türkiyə Respublikalarının Prezidentləri Bakı Olimpiya Stadionunda Türkiyə -  Uels millilərinin qarşılaşmasını izləyəcək. Bu tarix futbolumuz adına da gözəl bir gün ola bilərdi. AFFA vaxtında sözügedən təkliflə çıxış etsəydi, bəlkə də müjdəni Prezidentlərin dilindən eşidərdik. Yenə də gec deyil. Bu gün olmasın, on gün sonra olsun, yetər ki, olsun! 

Bəlli, bir sıra futbolçularımız məhz yabançı statusuna görə karyerasını Türkiyədə davam etdirə bilməyib.  Ümid edək ki, bundan sonra AFFA və TFF razılığa gəlib futbolumuzun inkişafına təkan verər. Sözügedən məsələ həllini tapsa, AFFA da öz işini görmüş sayılar. 

Fanat.Az olaraq biz də bu mövzunu gündəmdə saxlayacaq, futbol mütəxəssislərinin fikirlərini, təkliflərini dərc edib AFFA-ya yardımçı olmağa çalışacağıq. 

Top sizdə, Elxan bəy! 

Əli Sahib
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 İyul 2021
22:02

"Neftçi" Çempionlar Liqası ilə vidalaşdı YENİLƏNDİ

20:09

175 milyon avroya transfer olunacağı deyilən futbolçudan ilginc açıqlama

19:38

"Mərhələ keçsək..." - Ayxan Abbasov

19:07

Sənan Qurbanov: "Meydanda mübariz komanda görmək istəyirəm"

19:00

"Soçi"nin baş məşqçisi: "Sabah döyüşkən mübarizə gözləyirik"

17:55

Çempionlar Liqası: "Qalatasaray" PSV-yə qarşı - YENİLƏNİR

17:36

Azərbaycanın futbol xəritəsi... - Emil Şükürov yazır

17:23

Karateçilərimiz Tokioya yollandı

16:34

"Qarabağ" yeni transfer üçün gerisayıma başladı

16:20

Edinin də Tokio 2020 macərası bitdi

16:08

Tokio 2020: Alfonso 1/4 finalda

15:59

Gürcüstan Tokio 2020-də ilk "qızıl"ını qazandı

15:42

David Alaba koronavirusa yoluxdu

15:33

"İnter" "Çelsi"nin 130 milyon avroluq təklifini geri çevirdi

15:31

“Sabah” "Əl-Əyn"lə olan müqaviləni TMS sistemindən keçirib? - Açıqlama

15:22

"Mançester Siti" Qrilişin klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:12

Avstraliya Olimpiadada inamla irəliləyir

15:00

Federasiya rəsmisi Tokio 2020-dəki uğursuzluqdan danışdı: "Pandemiya..."

14:49

Tokio 2020: Almaniyadan heç-heçə, Braziliyadan qələbə - YENİLƏNİR

14:42

Tokio 2020: Cokoviç rəqib tanımır

14:25

Tokio-2020: Uduzan idmançımızdan ədəbsiz jest - FOTO

14:06

“Araz”da 3-cü braziliyalı

13:47

"Kəpəz"dən növbəti transfer

13:14

Ronalduya bir jest etdi, bütün həyatı dəyişdi - Albert Fantrau kimdir?

12:57

“Sabah” da, Bəhlul da “Əl-Əyn”dən təzminat ala bilər” – İSLA assosiasiyasının vəkili

12:45

Milliləşdirilmişlərin ümidinə qaldıq

12:29

Türkiyədə legioner limiti ilə bağlı yekun qərar

12:03

Yaponların hegemonluğuna son qoyuldu

11:43

Bakı Şəhər Halqasının mətbuat xidmətinin yeni rəhbəri kimdir?

11:18

Bu gün Ələkbər Məmmədovun anım günüdür

11:00

Tokio 2020: Ölkə tarixinin ilk Olimpiya medalı

10:48

Azərbaycanlı futbolçu Portuqaliya klubunun hədəfində

10:34

Tokio 2020: Çirkin şəkilə görə qalmaqal

10:14

Tokio 2020: Felpsin rekordu qırıldı

10:00

Günün transfer xəbərləri: Lakazet "topçular"dan ayrılacaq

09:45

Tokio 2020: Məmmədəli Mehdiyev də bacarmadı

09:05

Tokio 2020: Yoluxma durmadan artır

09:00

“Neftçi”nin şansı 50-50-yədir” - Novruz Əzimov

08:53

Statistik göstəricilər açıqlandı: Mahir Emreli birincidir

08:25

"Mançester Yunayted" 8 futbolçusunu satır - ADLAR

08:15

Lautaro Martines İngiltərə yolunda - SON DURUM

01:06

İsveçrə millisinin baş məşqçisi Fransa klubunda

00:06

Millimiz "Zirə" ilə bərabərə qaldı

00:01

Tokio 2020: Bu gün üç idmançımız yarışacaq

27 İyul 2021
23:58

Konfrans Liqası: "Teuta", "Torshavn" və "Hibernians" növbəti mərhələdə - YENİLƏNİB

23:32

"Çelsi" 22 yaşlı fransalıyla anlaşdı

22:13

Bəhlul Mustafazadə "Əl-Əyn"in onu necə aldatdığını açıqladı

22:02

"Real Madrid"in ulduzu "Mançester Yunayted"də - RƏSMİ

21:51

ÇL: Emreli qələbə gördü, Zaqreb "Dinamo"suna rəqib oldu

21:27

Qurban Qurbanov media önünə nə vaxt çıxacaq?

21:01

"Olimpiakos"u yaxşı analiz etmişik" - Sabir Buqrin

20:41

Tokio 2020: Türkiyə uduzdu, Braziliya çətin qələbə qazandı

20:39

Samir Abasov: "Olimpiakos"la oyuna tam hazırıq"

20:35

Alleqri "Yuventus"un A Seriyasındakı əsas rəqiblərini sadaladı

20:18

Ronaldo Türkiyə klubunda çıxış edəcək - RƏSMİ

20:09

Alderveyreld Qətər klubuna keçdi - RƏSMİ

20:03

Tokio 2020: "Üçlük" dəyişmədi

19:14

ÇL: Mahir Emreli Tallində start "11-lik"də olacaq

19:04

Qədirova bacıları Olimpiya mükafatçısı oldu

18:15

"Həyatımda baş vermiş ən pis gün idi" - Rüstəm Orucov

18:00

Hakim təyinatları püşkatma ilə olacaq

17:56

Tokio 2020: Güləşçilərimiz yola düşdü

17:49

Tokio 2020: Edi qələbə ilə başladı

17:34

Patrik van Anholt "Qalatasaray"da!

17:14

Tokio "qatar"ı bizi hara aparır? - SORĞU

16:45

Avropa nəhəngləri üz-üzə

16:28

Federasiya rəsmisi: "Tokioda baş verənlər araşdırılacaq"

15:57

Mərakeşli boksçu Taysonluq etmək istədi

15:31

"İdman TV"nin direktoru: "Müraciət etmişik ki, başıpozuqluğa son qoyulsun"

15:14

Tokio 2020: Azərbaycanlı cüdoçudan gümüş medal

Facebookdan bizi izləməyi unutmayın.