13:43 19.11.2019 758

AFFA Həmkarlar İttifaqının Rövnəq Abdullayevə müraciəti

AFFA Həmkarlar İttifaqı AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.

Fanat.Az xəbər verir ki, məktubda federasiya rəhbərinə baş katib Elxan Məmmədovun veteranları üz-üzə qoyması haqda məlumat verilib, ondan  AFFA Həmkarlar İttifaqının fəaliyyəti üçün lazım olan şəraiti yaratması xahiş olunub:

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevə AFFA Həmkarlar İttifaqı adından 

MƏKTUB

"Hörmətli Rövnəq müəllim! Öncə təşkilatımız, onun üzvləri və məramı haqqında sizə qısa məlumat vermək istəyirik. Bu ilin yayında bir qrup futbol ictimayyətinin nümayəndəsi təşəbbüs qrupu yaradaraq Azərbaycan futbol ictimaiyyətində çalışan və çalışmış şəxsləri bir amal ətrafında birləşdirməyi qərara aldı. Məqsədimiz Azərbaycanda futbolda xidmətləri olmuş, bu sahəyə ömürlərini vermiş və futbolu sevən insanları bir araya gətirərək onların dərdlərini dinləmək, problemləri ilə maraqlanmaq və bunu ilk ağızdan AFFA rəhbərliyinə çatdıraraq onların operativ həllinə nail olmaqdır. Bu məqsədlə səfər etdiyimiz hər bölgədə çoxsaylı futbol veteranları və futbol ictimaiyyətinin nümayəndələri ilə görüşlərdən sonra gördük ki, bu insanların problemləri həddindən artıq çoxdur. İşsizlik, məişət, tibbi, diqqətdən kənar qalmaq və bir çox başqa problemlər mövcuddur. Bunların da bir çox obyektiv və subyektiv səbəbləri var. Ona görə də, bütün bu insanları bir təşkilat altında birləşdirməyə qərar verdik.

AFFA Həmkarlar Təşkilatı. Niyə bu adı seçdik? Bildirmək istəyirik ki, bu insanlar futbolumuzla bilavasitə əlaqəli olduqları üçün və Ulu Öndər Heydər Əliyevin 1994 cü ildə imzaladığı "Həmkarlar İttifaqı” haqqında Azərbaycan Respublikası Qanununa əsasən məhz bu ad altında fəaliyyət göstərmək qərarına gəldik. Və məlumat üçün deyək ki, 1994-cü ildə yaranmış federasiyamızda heç bir zaman Həmkarlar təşkilatı olmamış və bunun yaranması üçün heç bir əməli fəaliyyət həyata keçirilməmişdir. Bildiyiniz kimi, Həmkarlar təşkilatı hər bir işlək qurumun tərkibində olur və olmalıdır. Bu, həmin qurumun normal iş prinsipləri ilə işləməsini təmin edir və orada çalışan hər bir işçinin haqq və hüquqlarını qoruyur. Bu təşkilat adi işçilərlə rəhbərlik arasında körpü rolunu oynayaraq, onların bütün problemlərini operativ olaraq rəhbərliyə çatdırır və ilkin mərhələdə həllinə nail olur.

Hörmətli Rövnəq müəllim! Bu ilin sentyabr ayının 11-də Azərbaycanın bir qrup futbol ictimayyətinin nümayəndələri rəsmi olaraq konfrans keçirərək AFFA Həmkarlar Təşkilatını yaratdılar. Təşkilata sədr olaraq isə tanınmış futbol veteranı Nazim Süleymanovu seçdilər. Məhz bundan sonra təşkilatımıza qarşı düşünülmüş şəkildə təzyiqlər, qaralama kompaniyaları və təhqirlər başlandı. Və acınacaqlısı da odur ki, bunları həyata keçirən də bəzi futbol veteranları, daha doğrusunu desək, Azərbaycan Futbol Veteranları birliyinin sədri Oqtay Abdullayevin başçılığı ilə bir qrup şəxsdir. Oqtay Abdullayev rəhbəri olduğu qurumu doğru idarə etməkdənsə, veteranlarımızın qədrinə qalmaqdansa və illərdir federasiyanın büdcəsindən ayrılan yüz minlərlə vəsaiti onların problemlərinə yönəltməkdənsə, digər veteran futbolçuları bizim üzərimizə qaldırmaqla məşğuldur. Dəhşətlisi də odur ki, bu şəxs və şəxslər hər yerdə AFFA-nın baş katibi Elxan Məmmədova arxalandıqlarını və onun təlimatlarını icra etdiklərini bildirirlər.

Baş katibdən söz düşmüşkən, nəzərinizə çatdırmaq istəyirik ki, o, bizim 12 nəfərlik təşəbbüs qrupunu AFFA-nın inzibati binasında qəbul edəndə bizimlə çox səmimi danışaraq, fikir və ideyamızı bəyəndiyini və bu yöndə bizə hər bir yardımı göstərməyə hazır olduğunu rəsmi bəyan etmişdi. Biz buna sevinsək də, sevincimiz uzun sürmədi və konfransdan sonra AFFA bəyanat yayaraq bizim qurumu tanımadığını bildirdi. Və ən acınacaqlı isə o oldu ki, səbəb olaraq təşkilata üzv olanların federasiya və ümumiyyətlə, futbola heç bir aidiyyatı olmadığını bildirdilər. Nazim Süleymanov, Səmədağa Şıxlarov, Asəf Namazov, Novruz Əzimov, Əfqan Talıbov, Babək Alxasov, Boris Xetaqurov, Naib Abdulla, Əfqan Həmzəyev, Orucəli Durmuşov və futbola həyatlarını vermiş bir çox başqalarının belə bir münasibətə layiq olmadıqlarını və onların məhz Azərbaycan futbolunda böyük xidmətləri olduğunu deməliyik. Bizim fikrimiz, amalımız tutduğumuz yol budur: Azərbaycan futboluna xidmət etmək, AFFA-ya bu yöndə dəstək olmaq, problemləri birlikdə həll etmək, bu sahədə çalışan hər bir şəxsin haqq və hüquqlarını qorumaq. Və bu amalla bizə qoşulan çoxsaylı üzvlərimizlə yola çıxdıq. Sıralarımız durmadan artır. Artıq bölgələrdə nümayəndəliklərimiz də formalaşır. Hər kəs bu təşkilata bir ümid və bir arzu ilə gəlir: Azərbaycan futbolu naminə birləşib öz dəstəklərini vermək. Və sizi də əmin etmək istəyirik ki, bu yolla da sona qədər addımlayacağıq.

Hörmətli Rövnəq müəllim! Biz ümidvarıq ki, tutduğumuz bu yolda siz bizə dəstək olacaqsınız. Bizi AFFA-nın həqiqi bir üzvü kimi tanıyacaqsınız və bizdən öz dəstəyinizi əsirgəməyəcəksiniz. Xahişimiz odur ki, federasiyanın rəsmi inzibati binasında bizə yer ayrılsın. Bizim tam gücümüzlə işləməyimizə şərait yaradılsın. Bu, ancaq ümumi işin xeyrinə olar və bütün futbol ictimayyətinin tam ürəyindən olar. Biz sizə inanır və güvənirik. İnanırıq ki, siz bizi dəstəkləyəcək və futbol ictimayyətinin bilik və təcrübəsindən futbolumuzun inkişafı naminə yararlanacaqsınız. Həmkarlar Təşkilatı olaraq bu yöndə sizə hər cür dəstək göstərməyə hazırıq. Bizim məqsədimiz başqaları kimi intriqa aparmaq, şəxsi maraqları güdmək yox, Azərbaycanda futbolun inkişafı naminə çalışmaq, bilik və təcrübəmizi sərf etməkdir. İnanırıq ki, Azərbaycanın adlı-sanlı futbol ictimayyətinin müraciətinə biganə qalmayacaq, futbolumuzun çətin durumunda onların dəstəyindən yararlanacaqsınız. Yararlanacaqsınız ki, futbolumuz inkişaf etsin! Bunu həm siz, həm də biz istəyirik!

HÖRMƏTLƏ: AFFA HƏMKARLAR İTTİFAQININ SƏDRİ NAZİM SÜLEYMANOV
BAKI ŞƏHƏRİ – 15.11.2019-CU İL.
Oxşar xəbərlər

Xəbər lenti

10 Avqust 2020
15:25

De Byazi Bakıya gəldi

15:17

Avropa Liqası: "Neftçi", "Keşlə" və "Sumqayıt"ın rəqibləri müəyyənləşdi

14:22

ÇL: "Qarabağ" mərhələ keçsə, hansı komandayla qarşılaşacaq? - Bütün cütlüklər

14:02

Avropa Liqasında 1/4 final oyunları başlayır - YENİLƏNİR

13:42

"Qarabağ" - "Sileks" matçının vaxtı bəlli oldu

13:29

"Qarabağ"ın sabiq qapıçısından transfer açıqlaması

13:21

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:07

"Red Bull” pilotu Qran-Prinin qalibi oldu

12:48

"Mançester Siti" müdafiəçisini satır

12:35

İstanbul nəhəngi Balotellinin agenti ilə danışıq aparır

12:09

Yeni mövsümün topları klublara paylandı

11:54

"Real" "Yuventus"un hücumçusunu istəyir

11:34

Cazibədar aktrisa özündən 19 yaş kiçik futbolçu ilə eşq yaşayır - FOTOLAR

11:05

Avropa çempionatı ləğv olundu

10:41

İbrahimoviç ən yaxşı transferlər sırasında

10:22

Monteneqro - Azərbaycan oyunu bu stadionda keçiriləcək

09:31

Tanınmış jurnalist "Qarabağ"ın rəqibini dəyərləndirdi: “Heç ölkəsinin aparıcı klubu deyil"

08:20

Voleybolu modelliyə dəyişdi, adından söz etdirdi - FOTOLAR

01:52

Azər açılış turunda nə etdi?

01:01

AL: "Neftçi", "Keşlə" və "Sumqayıt"ın potensial rəqibləri bilindi

09 Avqust 2020
23:45

Nurlan darmadağına üzüldü

23:35

Karlos Teves klubu ilə müqavilə yenilədi

21:41

"Qarabağ"ın rəqibi fırtına kimi başladı

21:20

Braziliyalı hücumçu Bakı klubunda - RƏSMİ

17:47

Villian “Çelsi”dən ayrıldı

17:34

Azərbaycanlı idmançı dünya boksunun əfsanəsini döyüşə çağırır - MÜSAHİBƏ

17:31

"Qarabağ"ın rəqibindən iddialı açıqlama: "Kişi kimi mübarizə aparıb..."

16:24

“Sileks”in baş məşqçisindən “Qarabağ” açıqlaması

16:00

Avropa Liqasında ilkin mərhələnin püşkü atıldı - Cütlüklər

15:30

"Qarabağ"ın vitse-çempion rəqibi

15:02

Qurban Qurbanov püşkü dəyərləndirdi

14:36

Çempionlar Liqası: I təsnifat mərhələsinin püşkü atıldı - Bütün cütlüklər

14:20

Matteys de Liqt 3 ay oynamayacaq - SON DURUM

14:18

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

13:34

Azərbaycanlı modelin idman görüntülərini sosial mediada marağa səbəb oldu - VİDEO

13:26

ÇL-də "ən yaxşı" adına namizədlər açıqlandı

12:03

Futbolçu cütlük tətildə - FOTOLAR

11:54

Millimizin üzvü ABŞ-da daha bir qol vurdu

10:09

Edinson Kavaninin yeni klubu müəyyənləşdi

09:28

Messidən gözəl qol, "Barselona"dan qələbə - VİDEO

09:21

"Bavariya" sürprizə imkan vermədi - VİDEO

09:14

Mourinyunun klubundan türk futbolçuya 40 milyon avro

09:00

İşinə görə boksçu sevgilisindən ayrıldı - FOTOLAR

01:37

Çempionlar Liqası: 1/4 finalın bütün cütləri bilindi

01:00

Çempionlar Liqası: "Barsa" və "Bavariya" 1/4 finalda

00:27

"Qarabağ"ın ÇL-dəki rəqiblərinin sayı 4-ə endi

00:24

ÇL-də yeni mövsüm başladı

00:07

Kavani müqavilə bağladı, ildə 9 milyon qazanacaq

08 Avqust 2020
22:56

“Yuventus”un yeni baş məşqçisi müəyyənləşdi - RƏSMİ

21:35

Norveç millisinin ulduzu "Qalatasaray"da - RƏSMİ

21:13

Elxan Məmmədov: "Qələbə üçün əlavə fədakarlıq lazım gələcək"

19:35

"Yuventus" Sarriyə böyük təzminat ödəyəcək - MƏBLƏĞ

18:03

Paytaxt klubunda yeni baş məşqçi

17:39

"Yuventus" Sarrini istefaya göndərdi - RƏSMİ

17:25

"Baku Sportinq" uşaqları ödənişsiz hazırlayacaq

17:11

Mövsümün ən yaxşısı adına namizədlər

16:57

Azərbaycanlıya Gürcüstanda yüksək vəzifə verildi - FOTO

16:17

Koronavirusa yoluxan Mirhüseyn Seyidov: "Ağrılarım azalıb"

15:40

"Qarşımızda qoyulan məqsədlərə çatmışıq" - MÜSAHİBƏ

15:14

“Fənərbağça”nı “Başakşəhər”ə dəyişdi

14:41

Tərlan Əhmədov istefaya göndərildi

14:08

Xanlar Qurbanovun ölüm səbəbi açıqlandı - Koronavirus...

13:31

Premyer Liqada "ən yaxşı məşqçi" adına namizədlər

13:05

Arda Turan "Qalatasaray"a görə iki məşhur klubun təklifindən imtina edib

12:42

PSJ-nin baş məşqçisinin ayağı sındı

12:17

Nicat Qurbanov zədəsindən danışdı: "3 həftə çəkəcək"

11:56

Xaqani Məmmədov "Qəbələ"nin əsas komandasında

11:40

Xanlar Qurbanov dünyasını dəyişdi

11:27

Premyer Liqamızın püşkatma mərasiminin vaxtı bəlli oldu

11:17

Azərbaycanda “transfer pəncərəsi”nin vaxtı dəqiqləşdi

Facebookdan bizi izləməyi unutmayın.